Icma.az
close
up
RU
Azərbaycanda Erasmus proqramı niyə qadağan olundu? ŞAHLAR ƏSƏGROV DEYİR Kİ...

Azərbaycanda Erasmus proqramı niyə qadağan olundu? ŞAHLAR ƏSƏGROV DEYİR Kİ...

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycanda Avropa İttifaqının maliyyələşdirdiyi məşhur Erasmus təhsil proqramı dayandırılıb.

Qeyd edək ki, bu proqram çərçivəsində verilən fərdi təqaüdlər hesabına gənclər  həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində təhsillərini qabaqcıl Avropa universitetlərində davam etdirib.

Belə ki,  Azərbaycanda ildə min nəfərə yaxın tələbə Avropa İttifaqının Erasmus proqramının fərdi təqaüdlərindən yararlanıb.

Bundan başqa Erasmus proqramı  müəllimlərin də Avropa universitetlərində təcrübə qazanmasına imkanı verib.

Bəs görəsən, Azərbaycanda bu proqram niyə bağlandı? 

Gununsesi.info-nun əməkdaşı bu suala aydınlıq gətirmək üçün Milli Məclisin Elm və  Təhsil Komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərova müraciət edib.

Xaricdə təhsilin əhəmiyyətli olması ilə yanaşı digər məsələnin də – orada təhsil alan gənclərin sonrakı fəaliyyətinin də düşündürücü olduğunu vurğulayan Şahlar Əsgərov bildirir ki, buradan müstəqil şəkildə gedən gənclər sonradan xarici təsir dairəsinə düşür: “Demək olmaz ki, hamısı belədir. Amma 10 nəfərdən 7-8-i  vicdanla qayıdırsa, 1-2 nəfəri də xarici təsir altında qayıdır. Sonradan dövlətə, dövlətçiliyə qarşı ondan yararlanırlar. Bunu görmək üçün peyğmbər olmağa da ehtiyac yoxdur”.

Şahlar Əsgərov deyir ki, xaricdə oxumağa gedən gənclər ilk növbədə vətəndaşı olduqları dövlətin maraqlarını düşünməlidir: “Bu sahədə sərbəstlik olduğu üçün bəzən təəssüf doğuran hallarla qarşılaşırıq. Bu baxımdan həmin proqramın bağlanması haqqında qəti fikir deyə bilmərəm”.

Afət Abbasova

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:427
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Mart 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri