Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişiklik olunub
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclis ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normalarının nəzərə alınması haqqında qanun layihəsini təsdiqləyib.
Reyting.az xəbər verir ki, bununla bağlı "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Belə ki, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, hazırda prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

“Müdafiə haqqında” qanunda ərazi müdafiəsi ilə bağlı dəyişiklik edildi
11 Avqust 2025 14:52
Moskvada inzibati bina yanır: 1,5 min kv.metr ərazi…
20 Fevral 2025 01:22
Qazaxıstan Prezidenti ərazi müdafiə haqqında qanunu imzalayıb
01 İyul 2025 04:36
Trampın ərazi iddialarına
09 Yanvar 2025 11:53
Ərazi müdafiəsinin təsnifatı ilə bağlı qanunvericilikdə dəyişiklik edilib
11 Avqust 2025 15:20

