Ərdoğan açıqladı: İsrail prezidentinə icazə verilməməsi...
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İshaq Hersoqun COP-29-da iştirak etmək üçün onun təyyarəsinin Azərbaycana Türkiyə hava məkanından istifadə edərək keçməsinə icazə verilməməsi məsələsini şərh edib.
Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.
“Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”, - deyə dövlət başçısı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Noyabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















