Ərdoğan: Akkuyu ilə yanaşı yeni atom stansiyalarının açılışını da edəcəyik
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Akkuyu ilə yanaşı bir sıra yeni atom elektrik stansiyalarının açılışını planlaşdırır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüş zamanı məlumat verib.
“Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə birlikdə yeni bəzi stansiyaların açılışı ilə bağlı addımları da yenə birlikdə atacağıq”, - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərində Akkuyu Atom Elektrik Stansiyası böyük əhəmiyyət daşıyır.
Ərdoğan bildirib ki, hazırda artıq Akkuyu Atom Elektrik Stansiyasının tamamlanma mərhələsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 01 Sentyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















