Ərdoğan Amerikaya səfər edəcəyini açıqlayıb
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər etmək istədiyini bildirib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Amerikaya səfər edə bilərəm. Düşünürəm ki, bizim orada ABŞ Prezidenti Donald Trampla üz-üzə görüşmək şansımız olacaq”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə-Amerika münasibətləri bəzilərinin düşündüyü qədər əhəmiyyətsiz deyil:
“Cənab Trampın Türkiyəyə baxışı çox müsbətdir. Bizim onunla qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan möhkəm münasibətimiz var”, - deyə Ərdoğan əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















