Icma.az
close
up
RU
Ərdoğan Atatürkün heykəlinin açılışında hər şeydən danışdı, bircə Atatürkdən başqa... VİDEO

Ərdoğan Atatürkün heykəlinin açılışında hər şeydən danışdı, bircə Atatürkdən başqa... VİDEO

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiqindən sonra Türkiyənin media və sosial mediasında ölkəmizə qarşı həyata keçirilən hücumlar, daha sonra bu hücumların Türkiyə hakimiyyətində və parlamentində təmsil olunan bəzi şəxslər tərəfindən dəstəklənməsi iki dövlət arasındakı münasibətləri əhəmiyyətli dərəcədə gərginləşdirməkdədir. Azərbaycanın təmkinli davranışı fonunda məlum hücumların daha da artması müşahidə olunur ki, bu da istər iki ölkə arasındakı tarixi dostluq və qardaşlıq, istərsə də əxlaqi dəyərlər və diplomatik etika baxımından tamamilə qəbuledilməzdir. 

Türkiyədəki bəzi dairələrin Azərbaycann daxili işlərinə kobud şəkildə müdaxiləsi, bu müdaxilənin arxasındakı səbəblər onu deməyə əsas verir ki, Ankara dünyəvilik prinsiplərindən qətiyyətlə imtina etməkdə, İslami ehkam və dəyərlərin ən primitiv və qaba şəkildə təbliğini həyata keçirməkdədir. Halbuki, müasir Türkiyənin qurucusu Böyük Mustafa Kamal Atatürk ölkəsinin inkişafı üçün məhz dünyəvilik və elmilik prinsipini rəhbər tutmuş, cəhalət və xurafata qarşı mədəni-siyasi müstəvidə əsl inqilab həyata keçirmişdir. 

Türkiyənin elmilik, dünyavilik və müasirlik modelindən imtinası onun geriyə doğru addımladığını göstərir

Atatürkün xurafata qarşı qətiyyətli mübarizəsi Türkiyənin tərəqqiyə uzanan yolunu açmış, dünyəvilik modelinə söykənən Türkiyə Avropanın elit orduların darmadağın edərək öz müstəqilliyini və ərazi bütövlüyünü qorumuşdur. Bu gün Türkiyənin dinyəvilik modeli əsasında fəaliyyət göstərən Azərbaycanı hədəf alması, onu daxili qarışıqlıq və gərginliyə sürükləməsi müasir Türkiyə ilə Atatürk prinsipləri arasındakı ruhi-mənəvi bağların demək olar ki, tamamilə itdiyini göstərir. Türkiyədən fərqli olaraq, Azərbaycan Atatürk prinsiplərini yaşatmaqda, bu prinsipləri uğurla inkişaf etdirməkdə ,dəyişən dünyanın tələblərinə müvəffəqiyyətlə uyğunlaşdırmaqdadır. 

Əslində Atatürkə Azərbaycan və Türkiyənin fərqli münasibəti özünü sözügedən ölkələrin dövlət başçılarının çıxışlarında da aydın şəkildə əks etdirir. Bu fərqin nə qədər böyük olduğunu anlamaq üçün Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın  Bakıda Atatürkün heykəlinin açılışındakı çıxışlarına nəzər salmaq kifayətdir. Açılış zamanı Atatürkü dahi dövlət başçısı kimi xarakterizə edən İlham Əliyev, onun Azərbaycana sevgisindən də səmimi şəkildə söz açır, bu sevginin iki dövlət arasındakı münasibətlərin gələcəyini müəyyən edən yol kimi qiymətləndirir:

“Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi. Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun tarixi kəlamları  - “Azərbaycanın kədəri kədəri, sevinci sevincimizdir”- bizim üçün çox vacibdir. Bu bir yoldur”.

Maraqlıdır ki, həmin açılış mərasimdə çıxış edən Rəcəb Tayyib Ərdoğan demək olar ki, hər şey haqqında danışır. Lakin Böyük Atatürkün tarixi xidmətləri, qoyub getdiyi irs haqqında fikir bildirmir. Onun Atatürklə bağlı bu susqunluğunun özü Türkiyə hakimiyyətinin Atatürk ideyalarına olan münasibətini göstərir. 

Azərbaycan Atatürk ideyalarının yeganə daşıyıcısına çevrilir

Bu gün Azərbaycan və Türkiyədə baş verən proseslərin təhlili onu deməyə əsas verir ki, ölkəmiz Atatürk ideyalarının yeganə daşıyıcısına çevrilməkdədir. Atatürkün türk dünyasını qabaqcıl dövlətlərin sırasında görmək arzusunu reallaşdırmaq uğrunda ən qəti və prinsipial addımlar məhz Azərbaycan tərəfindən atılmaqda, İslam adı ilə zühur edən cəhalət, xurafat, zorakılıq kimi mürtəcü hallara qarşı ən effektiv mübarizə məhzAzərbaycan tərəfindən aparılmaqdadır. Bu baxımdan hazırda Atatürk ideyalasının Türkiyə deyil, Azərbaycan cəmiyyətinin düşüncə və yaşamında həyata vəsilə aldığı birmənalıdır. 

Türkiyəyə gəlincə, adıçəkilən dövlətin elmilik, dünyavilik və müasirlik modelindən imtinası, onun irəliyə deyil, geriyə doğru addımladığını göstərir. Proseslərin bu şəkildə inkişafı Türkiyəni geridəqalmış ərəb ölkələri sırasına endirə bilər ki, bu da nəinki Azərbaycan və bütün türk dünyası, eləcə də Türkiyənin özünün maraqları baxımından arzuedilməzdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri