Icma.az
close
up
RU
Ərdoğan AXC haqqında nəsə deyibsə, ən kəskin cavabı verək Fazil Mustafa

Ərdoğan AXC haqqında nəsə deyibsə, ən kəskin cavabı verək Fazil Mustafa

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə liderinin bu fikri Azərbaycanda, eləcə də Türkiyənin özündə ciddi müzakirələrə səbəb olub. 

Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa Redaktor.az-a mövzu ilə bağlı açıqlamasında bildirdi ki, o, bu məsələdə Ərdoğanın ifadəsində hər hansısa qüsur, nöqsan tapa bilmir.

"O, Türkiyə dövlətinin başçısıdır. Türkiyə dövlətinin tarixində əldə olunan qələbələrdən danışır və normal bir yanaşma ortaya qoyur. Həm də toplumun ayrı-ayrı etnik elementlərinin birlikdəliyinə siyasi vurğu edir. Bu, tarixi və ya elmi mövzuda çıxış deyil. Bu, siyasi çıxışdır və siyasi çıxışda da toplumda mövcud olan xalqların birlikdəliyinin tarixi dövrlərinə müəyyən dərəcədə ekskursiya edir. Buna görə də belə bir çıxışa hansısa sağlam düşüncəli Azərbaycan vətəndaşının etiraz etməsinin məntiqi izahı yoxdur.

Amma digər tərəfdən qeyd olunmalıdır ki, bizdə kütləviləşmiş savadsız bir tarix anlayışı hakimdir. Əslində yaxınlarda çap olunacaq "Azərbaycan: qaranlıq keçmişdən mədəni tarixə" adlı kitabımda məhz elə bu kimi mövzulara əhatəli izah verilib. Buna görə də etiraz edənlərin böyük əksəriyyəti də məsələnin mahiyyətini başa düşməyən, tariximizdə gəlib-keçmiş hadisələrin hansının faydalı, hansının faydasız olduğunu doğru araşdırmayan insanlardır. Bunlar akademik də olar, elmlər doktoru, elmlər namizədi də ola bilər, adi şəxs də ola bilər. Soruşular ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşı kimi sən nəyə etiraz edirsən? Axı sənin təəssübünü çəkə biləcəyin bir tarixi, bir də müasir dövlətin var. Tarixi dövlətin Azərbaycan Xalq Cümhuriyyəti, müasir dövlətin də yenicə bütövlüyünə qovuşmuş Azərbaycan Respublikasıdır. Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə nəsə deyib? Ya Azərbaycan Respublikası əleyhinə nəsə deyib? Doğrudanmı unutmusunuz ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını bizim böyük öndərlərlə birlikdə türk ordusu təmin edib? Nuru Paşanın başçılığı ilə ordu gəlməsə idi, biz Bakını və ümumiyyətlə Azərbaycanı necə azad edəcəkdik? Məhz bu addıma görə tariximizdə türk ordusuna minnətdar olanlar qətiyyən bu kimi çıxışlardan narahat olmazlar".

Fazil Mustafa qeyd etdi ki, türk ordusunun bir qolu 1918-ci ildə Təbrizi girib azad etmişdi.

"Xiyabani başda olmaqla İrançı-Səfəvi zehniyyətin sahibi azərbaycanlılar onlara müqavimət göstərdilər və Azərbaycanın güney hissəsinin azad edilməsi missiyası baş tutmadı. Bizim Quzeydəki sağlam düşüncəli azərbaycanlı liderlər isə bu missiyaya bütün varlığı ilə kömək etdilər ki, burada müstəqil dövlət qura bilsinlər. Təkcə 1918-ci ildə deyil, XVI-XIX əsrlərdə də Türk ordusu İrançılığın bayraqdarı olan Səfəvilərdən Azərbaycanı xilas etmək missiyasını da üzərinə götürmüşdü. Bunu Məmməd Əmin Rəsulzadə, Nuru Paşanın Bakını azad etməsinin birinci ildönümü şərəfinə təşkil olunmuş ziyafətdəki çıxışında açıqca qeyd edir ki, ilk dəfə Özdəmir oğlu Osman 350 il öncə gəlib Bakını iranlıların işğalından azad edib. Nuru Paşanın bu addımını böyük Rəsulzadə ikinci xilaskarlıq əməli kimi qiymətləndirib. Rəsulzadənin də baxışı budur. Bizim dünyəvi milli dövlətlə keçmişimizdə mövcud olmuş dini-məzhəbçi dövlətin mahiyyət və fəlsəfəsinin tamamilə fərqləndirilməsi önəmlidir. Kimlər ki, tarixdə bu xəstəliyin daşıyıcılarıdır, məhz onlar da bu mövzuda kimsə bir söz söyləyəndə təəssübkeşlik hissi ilə belə bir əsassız iradları ortaya qoyurlar.

Azərbaycan dövlətini quranda Qacar-Səfəvi zehniyyəti ilə etiraz edənlər kimlər idi? Pişəvəri, Seyid Həsən Tağızadə - Rəsulzadəyə qarşı ən sərt çıxışları onlar edirdilər. “Azərbaycan İrana məxsusdur və İranın tərkib hissəsidir” deyirdilər. Hələ də tarixdə müasirliyə keçid anımızı anlamayan, dərk etməyən ünsürlər tarixdən hansısa içiboş ideal bir şeylər, təməlsiz ideologiyalar yaratmağa çalışırlar. Yaxşı olar ki, Zərdabini, Mirzə Cəlili, Sabiri, Nərimanovu və başqa bütün Azərbaycan aydınlarının irsini bir də dönüb oxuyun və onların da bu qaranlıq keçmişimizin fəsadları ilə bağlı görüşlərini bir də dərk etməyə çalışın. 

Ərdoğan Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəsə deyibsə, etik çərçivədə ən kəskin cavabı verək. Azərbaycan Respublikası haqqında nəsə deyibsə, yenə də etik çərçivədə ən kəskin cavabı verək. Tarixin hansısa dönəmində kimsə Şirvanşah dövlətini dağıdıb, Xəlilullahın sümüklərini məzardan çıxarıb yandırıb. Yaxud da Teymurun Azərbaycan ərazisində törətdiyi vəhşiliyin kompensasiyasını müasir özbəklərdən tələb etməliyik? Yaxud Şeybani xanın kəllə sümüyündən şərab çanağı düzəldib içdiyinə görə İsmayılın adından onlardan üzr diləməliyik? Onda bir qisim Azərbaycan vətəndaşı da, Türk dövlətlərinin vətəndaşları da bu addımların təəssübünü çəksin? Bu, ümumiyyətlə anormal bir yanaşmadır. Bu gün müasir Azərbaycan dövlətinin içində məhz eyni zehniyyətdir İslam tarixinin vəhşilik elementlərini özləri üçün əqidə məsələsinə çevirib yaşayanlar. Biz niyə feodal, dini-məzhəbçi zehniyyət üzərində qurulmuş dövlətlərin hansısa məsuliyyətini danışmalıyıq? O dövrdə baş verən cinayətlərin, geriçilik təzahürlərin mənəvi şəriki kimi çıxış etməliyik?".

Deputat bildirdi ki, torpaq, ərazi ilə dövlət anlayışı eyni şey deyil.

"Dövlət bir millətin müasir düşüncəsinin siyasi yekunudur. Bizim düşüncə xəttimizin yekunu, milli dəyərlərimizin sabitləşdiyi məqam Azərbaycan Xalq Cümhuriyyətidir. Əvvəlki bütün dövlətləri araşdırsanız, sülalə sahiblərindən biri digərinin gözünü çıxarıb, hansısa formada rəzil edib, qətlə yetirib. Bu bizim qaranlıq keçmişimizdir, başda da Səfəvilər olmaqla. Biz diqqətimizi mədəni tariximizin başladığı məqama yönəltməliyik və keçmişin mazoxist təəssübkeşliyindən, xəstəliyindən müasir azərbaycanlıların düşüncəsini xilas etməliyik.

Azərbaycanın mədəni dirilişi Axundovdan, Zərdabidən başlayır. Axundovun, Həsən bəy Zərdabinin hansısa şəkildə üstünə gediləndə cavab verilə bilər ki, bunlar bizim aydınlıq tariximizdir. Yoxsa bizim qaranlıq keçmişimizdə nə varsa, bugünkü müasir insan bunu dəstəkləyirsə, bu, mahiyyətcə irançı zehniyyətin hansısa formada qabarmasıdır. Milliyyətçi, türkçü də, liberal da, islamçı da ola bilərsən, amma mahiyyətcə, düşüncəcə  məhz iranlısan. Bu məsələyə baxış belə ola bilər. Çünki keçmişdə mövcud olmuş teokratik Səfəviliyin bugünkü məhsulu İran İslam Respublikasıdır. Qətiyyən mədəni, demokratik, dünyəvi Azərbaycan dövləti bu qaranlıq keçmişin məhsulu ola bilməz. Mahiyyətcə Türkiyə Cümhuriyyəti də böyük düha olan Atatürk sayəsində geriçi Osmanlı sistemini söküb atmasaydı, onun bir çox dəyərlərindən imtina etməsəydi Yaxın Şərqin miskin durumda olan bir çox müsəlman dövlətlərindən fərqlənə bilməzdi.

Təsəvvür edin ki, bu gün İrana çalışan casus şəbəkələri ilə bağlı bütün istintaq materialları ilə tanış olsanız, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda yaradılan qurumlarda niyə səfəviçiliyin təbliğini əsas amil kimi ortaya gətirildiyini daha dərindən anlarsınız. Bu istiqamətdə təbliğata bizim məkanda çoxlarının necə şüursuz şəkildə qoşulduğunu da çox keçməz anlamış olarsınız", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see205

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see194

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see190

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see141

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see137

Husilər partadılan elektrik stansiyasını bərpa etməyə başlayıblar

17 Avqust 2025 12:13see136

Azərbaycanın daha bir rayonunda dəbdəbəli yas verilməsi ləğv edilib

17 Avqust 2025 15:06see133

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see130

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see127

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see125

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see125

Pol Qoblun nəzərə almadığı reallıq

17 Avqust 2025 10:53see123

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see123

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see123

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see121

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see120

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see119

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see116

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see115

Rusiya Ukrayna ABŞ Sammiti keçirilə bilər Zelenski razıdır

17 Avqust 2025 13:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri