Icma.az
close
up
RU
Ərdoğan Bakıya görə Putinlə danışacaq? Xankəndidə mesaj verdi, sonra isə...

Ərdoğan Bakıya görə Putinlə danışacaq? Xankəndidə mesaj verdi, sonra isə...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin müharibənin ilk günündən Rusiya və Ukrayna arasındakı vasitəçilik cəhdləri yüksək qiymətləndirilir. Prezident Rəcəb Tayyib Ərdoğan bu münaqişədə həm Rusiya, həm də Ukrayna liderləri ilə təmasda qalaraq sülh üçün real təşəbbüslər irəli sürüb. Ankara bir neçə dəfə Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüşə zəmin yaratmağa çalışıb.

Bu fonda Azərbaycan və Rusiya arasında son zamanlarda yaşanan gərginliyə Ankaranın səssiz yanaşması diqqət çəkir. Analitiklərin fikrincə, Putinlə münasibətləri yaxşı olan Ərdoğan Bakı və Moskvanı barışdırmaq üçün eyni addımları ata bilər. Türkiyə liderinin sonuncu Xankəndi səfəri zamanı Azərbaycan-Rusiya münasibətlərini yaxından izlədiyini və bu barədə Prezident İlham Əliyevlə məsləhətləşdiyini bildirməsi, məsələnin nə qədər ciddi qəbul edildiyini göstərir

Ukraynada münaqişənin diplomatik yollarla həllinə bu qədər səy göstərən Türkiyə, Azərbaycanla Rusiya arasında zaman-zaman hiss edilən gərginlik fonunda nə edir? Xankəndidə səsləndirilən fikirlər əməldə də özünü büruzə verirmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Rusiya–Ukrayna münasibətləri ilə Azərbaycan–Rusiya münasibətlərini bir müstəvidə dəyərləndirmək doğru olmaz:

“Bu, tamamilə fərqli kontekstlərə və siyasi dinamikaya malik iki münasibət sistemidir. Ukrayna ilə Rusiya arasında dərin və açıq qarşıdurma mövcuddur. Diplomatik, siyasi və hərbi müstəvilərdə qarşılıqlı münasibətlər artıq münaqişə və müharibə səviyyəsinə yüksəlib. Bu səbəbdən, bu iki ölkə arasında münaqişənin həlli üçün nüfuzlu və balanslı vasitəçilərin iştirakı zəruridir.

Halbuki, indiyə qədərki təcrübə göstərib ki, Türkiyə və digər ölkələrin vasitəçilik səyləri, bəzən müəyyən humanitar nəticələr versə də, ümumi müharibə strategiyasına və prosesin gedişatına kardinal təsir göstərə bilməyib. Nisbətən uğurlu sayılan addımlar sırasında taxıl sazişi, hərbi əsirlərin mübadiləsi və müvəqqəti humanitar dəhlizlərin yaradılması qeyd edilə bilər. Lakin bu cəhdlər problemin əsasını deyil, sadəcə texniki və humanitar hissəsini əhatə edib”.


Aydın Quliyev

Həmçinin oxuyun:

Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan PLAN

Siyasi şərhçi bildirib ki, Azərbaycan–Rusiya münasibətlərində vəziyyət fərqlidir:

“İki ölkə arasında bəzi ciddi fikir ayrılıqları və həssas məsələlər mövcud olsa da, bu münasibətlər açıq qarşıdurma və müharibə səviyyəsinə çatmayıb. Diplomatik kanallar aktivdir və siyasi gərginlikdən söhbət getmir.

Əksinə, Rusiyanın özü tərəfindən atılan addımlar və yürütdüyü siyasət çox vaxt bu münasibətlərin tonunu müəyyən edir. Azərbaycanın mövqeyi isə kifayət qədər aydındır və beynəlxalq hüquqa əsaslanır. Bakı ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət tələb edir və bəzi konkret məsələlərin, xüsusilə də təyyarə qəzasının aydınlaşdırılmasını istəyir.

Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına və iki ölkə arasında imzalanmış strateji əməkdaşlıq sənədlərinin ruhuna tamamilə uyğundur. Bu isə onu deməyə əsas verir ki, əgər Rusiya Azərbaycanın bu şərtlərini qəbul edib əməl etsə, münasibətlərin normallaşması üçün hər hansı vasitəçiyə ehtiyac qalmır”.

A.Quliyevin sözlərinə görə, əgər hər hansı səbəbdən tərəflər arasında birbaşa dialoqda çətinlik yaranarsa, Türkiyə kimi dost və tərəfdaş ölkənin vasitəçiliyi istisna edilə bilməz:

“Türkiyə Prezidenti həm Azərbaycan, həm də Rusiya ilə münasibətlərə malik olan və bu rolu oynamaq üçün kifayət qədər siyasi nüfuza sahib bir liderdir.

Lakin hazırkı vəziyyətə baxdıqda, Azərbaycan və Rusiya arasında münasibətlərin tənzimlənməsi üçün xarici vasitəçiliyə ehtiyac görünmür. Sadəcə, Rusiya Azərbaycanın beynəlxalq və milli hüquqa əsaslanan şərtlərinə əməl etməlidir. Bu halda münasibətlər normallaşa bilər və üçüncü tərəfin müdaxiləsinə ehtiyac qalmaz”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 İyul 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri