Ərdoğan Blinkenə xatırlatdı: Türkiyə PKK/PYD/YPGyə aman verməyəcək!
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verildiyi kimi, ABŞ-ın dövlət katibi Antoni Blinken Türkiyəyə gəlib. Ötən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibini Esenboğa hava limanında qarşılayıb.
Məlumata görə, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyada baş verən son hadisələr, qlobal və regional məsələlər müzakirə edilib.
Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, prezident Ərdoğan Türkiyənin öz milli təhlükəsizliyi çərçivəsində Suriyada fəaliyyət göstərən bütün terror təşkilatları PKK/PYD/YPG və İŞİD-ə qarşı qabaqlayıcı tədbirlər görəcəyini bildirib.
O xatırladıb ki, Türkiyə İŞİD-lə üz-üzə vuruşan yeganə NATO ölkəsidir.
Ərdoğanın sözlərinə görə, Türkiyə PKK və onun işbirlikçilərinin yerlərdəki vəziyyətdən öz xeyrinə istifadə etməsinə icazə verməyəcək.
Prezident Ərdoğan bildirib ki, Türkiyə ilə ABŞ arasında bütün sahələrdə əlaqələrin yaxşılaşdırılması istiqamətində səyləri yeni dövrdə də davam edəcək.
Prezident Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa ilk gündən sadiq olduğunu vurğulayaraq əlavə edib ki, beynəlxalq ictimaiyyət Suriyada qurumların bərpası və yenidən qurulması üçün birlikdə çalışmalıdır.
Görüşdə xarici işlər naziri Hakan Fidan, Prezidentin Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və Prezident Administrasiyasının rəhbəri Həsən Doğan da iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















