Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Ərdoğan cəsarəti olmasaydı, çevriliş planı fərqli nəticə verərdi

Ərdoğan cəsarəti olmasaydı, çevriliş planı fərqli nəticə verərdi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2016-cı il iyulun 15-də Türkiyədə FETÖ tərəfindən törədilən dövlət çevrilişinə cəhdin qarşısının alınmasından 10 il ötür. Türkiyə tarixinin ən ağır sınaqlarından biri hesab olunan həmin hadisələr zamanı Azərbaycan ilk dəqiqələrdən qardaş ölkəyə dəstəyini nümayiş etdirmişdi. FETÖ-çülərin həbsi məsələsində də koordinasiyalı iş aparılıb və aparılır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan və Türkiyə son illərdə yürütdükləri xarici siyasətdə hər zaman bir-birinin dövlət maraqlarını nəzərə alaraq qərarlar qəbul ediblər:

"Ümumiyyətlə, yürütdüyü xarici siyasətdə hər iki qardaş ölkə - Türkiyə və Azərbaycan bir-birinin dövlət maraqlarını hər zaman göz önündə bulunduraraq qərar verir. Bunu biz son on ildə birmənalı şəkildə hiss edirik. Qarabağ zəfərindən sonra isə bu münasibətlər ən yüksək səviyyəyə yüksəlib.

Türkiyənin birbaşa ittiham olunduğu qondarma erməni soyqırımı məsələsində Azərbaycan hər zaman Türkiyənin yanında olub. İstər Avropada, istərsə də Amerikada Türkiyə əleyhinə hansısa parlamentdə siyasi qərar qəbul ediləndə Azərbaycan buna münasibətini açıq şəkildə ortaya qoyub.

Türkiyə də eyni münasibəti Azərbaycana göstərib. Artıq buna alışmışıq. Azərbaycanın olduğu yerdə Türkiyə əleyhinə hər hansı məsələ qaldırılarsa, Azərbaycan Türkiyənin yanında olur. Azərbaycanın olmadığı yerdə də Türkiyə eyni mövqeni nümayiş etdirir".

Deputat qeyd edib ki, 15 iyul hərbi çevriliş cəhdi Türkiyə dövlətçiliyinə qarşı planlaşdırılmış təhlükəli ssenari idi:

"Qaldı 15 iyul hadisələrinə. O dövrdə hələ FETÖ-yə terror təşkilatı deyilmirdi. Fətullah Gülən camaatı adlanırdı. Onlar din pərdəsi altında fəaliyyət göstərdikləri ölkələrdə qaranlıq siyasət yürüdür, türklük adı ilə yaratdıqları məktəblərdən istifadə edərək təkcə öz maraqlarını deyil, bağlı olduqları qüvvələrin maraqlarını da fəaliyyət göstərdikləri ölkələrdə həyata keçirirdilər.

Mən onlara qarşı hər zaman mübarizə aparmışam. Çünki niyyətlərini bilirdim. Türkiyənin dəyərli ziyalısı, Allah rəhmət eləsin, Nəcib Hablemitoğlunu öldürdülər. O, bu şəbəkənin iç üzünü araşdırmaları ilə ortaya çıxarmış, onların fəaliyyətini ifşa etmişdi. Təəssüf ki, o dövrdə Türkiyənin siyasi elitası və hakimiyyəti buna lazımi önəmi vermədi. Nəticədə onlar dövləti ələ keçirməyə cəhd göstərdilər.

Əgər Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və cəsarəti olmasaydı, çevriliş planı tamamilə fərqli nəticə verə bilərdi. Onlar hesablamışdılar ki, Prezident ölkəni tərk edəcək. Lakin o, vətəni, dövləti və milləti uğrunda mübarizə aparmağı seçdi və ölkəni tərk etmədi. Elə həmin andan çevriliş planı pozuldu."

T.Rüstəmxanlının sözlərinə görə, çevriliş cəhdinin uğursuzluğa düçar olmasının əsas səbəbi türk xalqının dövlətinə sahib çıxması oldu:

"Onlar hər şeyi hesablamışdılar. Orduda, hüquq-mühafizə sistemində, məhkəmələrdə və təhsil sistemində geniş şəkildə təşkilatlanmışdılar. Hətta bu gün də FETÖ-nün siyasi qanadının tam çökdüyünü söyləmək mümkün deyil.

Onların ən böyük yanlışı türk millətini hesaba qatmamaları oldu. Qurtuluş savaşını yaşamış, Çanaqqala zəfərini qazanmış bir xalqı düzgün qiymətləndirə bilmədilər. Eyni zamanda Rəcəb Tayyib Ərdoğanın iradəsini də nəzərə almadılar. Buna görə də planları baş tutmadı.

Qazanan Türkiyə oldu. Qazanan türk millətinin dirənişi və qəhrəmanlıq ruhu oldu. Xalq dövlətinə, bayrağına və millətinə sahib çıxdı, tankların qarşısına sinəsini sipər etdi".

Deputat vurğulayıb ki, Azərbaycan 15 iyul hadisələri zamanı olduğu kimi, bundan sonra da Türkiyənin yanında olacaq:

"Onlar Türkiyənin Qazi Məclisini belə bombaladılar. Bu, onların nə qədər amansız olduqlarını göstərdi. Sonradan da bu qurum rəsmi olaraq terror təşkilatı kimi tanındı. Ondan əvvəl dəfələrlə xəbərdarlıq etmişdik, yazmışdıq ki, bu, adi dini icma deyil, böyük bir şəbəkədir. Təəssüf ki, o vaxt buna lazımi diqqət yetirilmədi.

Türkiyə bu çevriliş cəhdində ağır itkilər verdi. Şəhidlər verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma dövlətini və ərazi bütövlüyünü itirmədən bu sınaqdan çıxdı və çevriliş cəhdinin qarşısını aldı.

Azərbaycan, əlbəttə ki, belə bir məsələdə Türkiyənin yanında olub və bundan sonra da olacaq. Çünki Azərbaycanın xarici siyasətində əsas prinsip dövlətlərin yanında olmaqdır. Türkiyə bizim qardaş ölkəmizdir. Bununla yanaşı, Azərbaycan heç vaxt Türkiyənin daxili siyasətinə qarışmayıb. Əsas məqsəd qardaş dövlətin güclü və sabit olmasıdır.

Cənab Prezidentimiz İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış yüksək səviyyəli münasibətlər də bunu bir daha təsdiqləyir. Onların bir-birinə qardaş deyəcək qədər səmimi münasibətləri Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu göstərir və bu münasibətlər bundan sonra da davam edəcək.

Bir daha Allah Türkiyəni və türk millətini FETÖ kimi terror təşkilatlarından, din adı altında fəaliyyət göstərərək dövləti və milləti təhlükə altına alan qüvvələrdən qorusun. Türk milləti artıq buna imkan verməz. Allah Türkiyə dövlətinə bir daha belə ağır günlər yaşatmasın. Şəhidlərin ruhu şad olsun. Türkiyəmiz var olsun".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri