Icma.az
close
up
RU
Ərdoğan COP29la bağlı paylaşım edib

Ərdoğan COP29la bağlı paylaşım edib

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 Liderlər Sammitində iştirakı ilə bağlı paylaşım edib.

Dövlət başçısı paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasındadır.

2053-cü ilə qədər sıfır emissiya və yaşıl inkişafa nail olmaq məqsədilə Türkiyə iqtisadiyyatının aparıcı sektorlarının tədricən yeniləndiyini bildirən Prezident Ərdoğan, hökumətin həyata keçirdiyi İqlim dəyişikliklərinə uyğunlaşma Strategiyasına dair 2024-2030-cu illəri əhatə edən Fəaliyyət Planından bəhs edib.

Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsinin bu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunu vurğulayıb.

“2053-cü ilə qədər əsas prioritetlərimiz: bərpaolunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Türkiyənin 31 min MVt olan külək və günəş enerjisi potensialını 2035-ci ilə qədər 120 min MVt-a çatdırmağı planlaşdırırıq. Nüvə enerjisində hədəfimiz isə 2050-ci il üçün 20 min MVt təşkil edir. Həmçinin növbəti altı il ərzində 100 milyon ton qaz ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”, – deyə paylaşımda qeyd olunur.

Türkiyə Prezidenti, xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” layihəsinin əhəmiyyətinə də nəzər salaraq, bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizəyə təkan verdiyi ifadə edilib.

“İnanıram ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu istiqamətdə olan qlobal səyləri daha güclü və təsirli edəcək. İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək “İqlim maliyyəsi” hədəfləri də müəyyən ediləcək. Bu uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, – deyə Ərdoğan bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Noyabr 2024 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri