Ərdoğan Fülya Öztürkü təltif etdi
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.
O, “EY İYİ” media mükafatlandırma mərasimində “Ən Yaxşı Müxbir” adına layiq görülərək mükafatı şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindən alıb.
Fulya Öztürk peşəkar fəaliyyəti, xüsusilə müharibə və təbii fəlakət bölgələrindən hazırladığı reportajlarla ictimaiyyətin diqqətini çəkib və media sahəsindəki cəsarətli çıxışları ilə tanınıb. O, təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük rəğbət və sevgi qazanıb. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə hazırladığı reportajlarla Azərbaycan xalqının qəlbində xüsusi yer tutub.
Qeyd edək ki, “EY İYİ” mükafatları hər il müxtəlif sahələrdə uğur qazanan jurnalist və media nümayəndələrinə təqdim olunur.(Ajans.az)
Baxış sayı:76
Bu xəbər 06 May 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















