Ərdoğan İsrail prezidentinin təyyarəsinin Türkiyədən keçməsinə icazə verilməməsinə aydınlıq gətirib
Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun COP-29-da iştirak etmək üçün Türkiyənin hava məkanından istifadəyə icazə verilməməsi məsələsini şərh edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransı zamanı danışıb.
"Biz İsraillə ticarət əlaqələrimizi, münasibətlərimizi kəsmişik. Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”,-deyə Ərdoğan bildirib.
www.anews.az

Ərdoğan İsrail prezidentinin təyyarəsinin Türkiyədən keçməsinə icazə verilməməsinə aydınlıq gətirib
19 Noyabr 2024 22:56
Ərdoğan: İsrail prezidentinin təyyarəsinin Türkiyədən keçməsinə icazə vermədik
19 Noyabr 2024 22:02
Ərdoğan İsaak Hersoqun təyyarəsinin Türkiyədən keçməsinə icazə verilməməsi məsələsinə toxunub
19 Noyabr 2024 21:29
Ərdoğan Hersoqun Türkiyədən keçməsinə icazə verilməməsi barədə danışdı Yeni Çağ Media
19 Noyabr 2024 21:36

