Icma.az
close
up
RU
“Veriliş uşaqlarının tərbiyəsini pozursa, baxmasınlar”

“Veriliş uşaqlarının tərbiyəsini pozursa, baxmasınlar”

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Artıq təxminən üç ildir ki, Mədəniyyət Nazirliyinə yeni rəhbərlik gəlib. Əlbəttə ki, tədricən heyətdə də dəyişikliklər baş verir”.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu son günlər müzakirəyə səbəb olan məsələlərlə bağlı jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib.

“Biz hər zaman Mədəniyyət Nazirliyi olaraq, bir tərəfdən irsə, digər tərəfdən isə eksperimentə, yeniliyə yol açmaq məsələsi ilə bağlı müzakirələr aparırıq”, - C.Səlimxanov bildirib. 

Nazir müşavirinin sözlərinə görə, mədəniyyət xadimləri nazirliyə köhnə yanaşma ilə baxırlar:

“Həmin şəxslər elə bilirlər ki, nazir yalnız əvvəlki dövrlərin funksiyalarını icra etməlidir. Adi bir vətəndaş sosial şəbəkədə “mədəniyyət naziri hara baxır? Niyə telekanallarda bayağı musiqi geniş yayılır?” yazsa, bu, başadüşüləndir. Amma bunu bir mədəniyyət xadimi soruşanda artıq qəbulolunan deyil”.

Səlimxanov qeyd edib ki, Mədəniyyət Nazirliyinin konkret səlahiyyət çərçivəsi var və bəzi tənzimləmələr digər müvafiq qurumlar tərəfindən həyata keçirilir: 

“Müxtəlif media platformalarının mövcud olduğu şəraitdə bütün problemləri yalnız nazirliyin üzərinə qoymaq doğru yanaşma deyil. Hər kəs əvvəlcə öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı və dəyişikliklərə özündən başlamalıdır. Məsələn, efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar.

Mədəniyyət sahəsində tez-tez “nəyə görə bəzi musiqi xadimləri dövlət tədbirlərinə dəvət olunmur?” kimi iradlar səslənir. Məsələ ilə bağlı bildirilib ki, dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri olsa da, yaradıcı fəaliyyət üçün bu gün sosial şəbəkələr və beynəlxalq platformalar daha böyük imkanlar açır.

Elektron musiqi, alternativ və eksperimental janrlar artıq qlobal auditoriya qazanıb. “YouTube” və “Spotify” kimi platformalarda bəzi Azərbaycan ifaçılarının dinlənmə sayı ölkə əhalisinin sayını belə ötür. Bu isə Mədəniyyət Nazirliyinin deyil, qlobal rəqəmsal səhnənin təsirini göstərir. Əgər musiqi xadimlərinin düzgün iradları varsa, bildirsinlər. Biz hər şeyi hamıdan yaxşı bilə bilmərik, bunun üçün onlarla sıx əməkdaşlıqda olmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://axsam.az
archiveBu xəbər 18 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri