Ərdoğan: Türkiyə Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
“Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və ölkə üçün təhlükə mənbəyi olan PKK/PYD və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək”.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfərə gələn ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib.
O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa ilk gündən sadiq olduğunu və beynəlxalq ictimaiyyətin rəsmi Dəməşqin dirçəldilməsi və yenidən qurulmasında əməkdaşlıq etməli olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, rəsmi Ankara Türkiyə-Amerika əlaqələrini bütün sahələrdə inkişaf etdirmək üçün səylərini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 13 Dekabr 2024 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















