Icma.az
close
up
RU
Ərdoğan: Türkiyədə terrorçular ya silahlarını yerə qoymalı, ya da onlarla birlikdə basdırılmalıdırlar

Ərdoğan: Türkiyədə terrorçular ya silahlarını yerə qoymalı, ya da onlarla birlikdə basdırılmalıdırlar

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, terrorçuların və separatçıların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı bu barədə ölkənin şimalındakı Samsun şəhərində çıxışı zamanı bildirib.

“Bizim artıq terrorçuların imperialistlərin agentləri kimi regionumuzda planlar qurmasına dözümümüz yoxdur. Bu separatçı qatillər ya dərhal silahlarını yerə qoyaraq təslim olmalı, ya da onlarla birlikdə basdırılacaqlar. Burada üçüncü yol yoxdur”, - deyə Ərdoğan bildirib.

O, “silah, zorakılıq və terror dövrünün bitdiyinə”, “separatçı terror təşkilatının faydalı ömrünün sonuna çatdığına” diqqət çəkib. Türkiyədə bu təşkilat ənənəvi olaraq Kürdüstan Fəhlə Partiyasına (PKK), eləcə də onun Suriyadakı birləşmələrinə istinad edir.

Türkiyə lideri qeyd edib ki, bu reallığı artıq hamı qəbul etməlidir. “Mən vurğulayıram ki, bölgəmizdə artıq terrora yer yoxdur. Biz min ildir ki, burada yaşayırıq, bu ərazilərin sahibiyik. Biz qonşu dövlətlərlə əsrlər boyu burada azad, sülh şəraitində yaşayacağıq. Ümid edirik ki, qardaşlıq və qarşılıqlı hörmət əsasında separatçıların nifaq saldıqları əraziləri bərpa edəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq onun ölkədəki tərəfdarlarına qarşı reydlər, Suriya və İraqın şimalında əməliyyatlar keçirir. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, il ərzində Suriya və İraqın şimalındakı əməliyyatlar nəticəsində 3 mindən çox PKK yaraqlısı öldürülüb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Yanvar 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri