Icma.az
close
up
RU
Ərdoğan: Ukraynadakı müharibə artıq bitməlidir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ərdoğan: Ukraynadakı müharibə artıq bitməlidir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynadakı müharibə artıq bitməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə savaşın ilk günündən bəri danışıqların tərəfdarıdır: "Biz ilk gündən bəri hər iki tərəflə təmasları davam etdirdik. Gördük ki, problemin diplomatik yolla həll olunacağına inamımızı Qərb dəstəkləmir. ABŞ Prezidenti Donald Tramp dövründə məsələyə həll perspektivindən yanaşan iqtidar görsək, müharibəni asanlıqla bitirə bilərik. Daha çox silah, bomba və xaos bu müharibəyə son qoymaz. Sülhün qapısını ancaq daha çox danışıqlar və müzakirələrlə açmaq olar. Biz hər iki tərəfi eyni masa arxasına gətirməyi bacaran ölkəyik. Bunu dəfələrlə bacarmışıq və yenə bacara bilərik. Biz sülh üçün səy göstərdik və bu cəhdlərimizi davam etdirəcəyik”.

Dövlət başçısı, həmçinin söyləyib ki, ABŞ ilə Türkiyə arasında F-35 məsələsi var: "S-400 ilə bağlı bir proses var. F-35 məsələsi ilə əlaqədar Trampın prezidentliyi dövründə Türkiyədən danışarkən "Pulu verdilər, buna baxmayaraq siz hələ də təyyarələri vermirsiniz?" bəyanatları var. Görək indi proses necə inkişaf edəcək?!”.

R.T.Ərdoğan onu da söyləyib ki, Türkiyə terrorla mübarizəsini davam etdirəcək: "Geri addım atmayacağıq. Bu, müzakirə mövzusu deyil. Türkiyə özünü qorumaq üçün lazımi addımları atmaqdan çəkinməyəcək. Biz terrorla davamlı mübarizə aparırıq. Və son terrorçu öldürülənə qədər bu mübarizə davam edəcək”.

///Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Noyabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri