Icma.az
close
up
RU
Ərdoğan: Ümidvaram ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq

Ərdoğan: Ümidvaram ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Bişkekdə keçirilən XI Zirvə görüşündə çıxış edən Türkiyə dövlətinin başçısı Azərbaycanın 44 günlük Vətən müharibəsində minlərlə şəhidinin qəhrəmanlığı bahasına əldə etdiyi tarixi Qələbəni xatırladıb.
 

“Biz ümidvarıq və arzu edirik ki, Azərbaycanın şəhidlərin həyatı bahasına əldə etdiyi tarixi nailiyyətlər də sülh sazişinin imzalanması ilə danışıqlar masası arxasında möhkəmlənəcək”.


Türkiyə Prezidenti daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın Qırğızıstanda keçiriləcək sammitə dəvət edilməsini yüksək qiymətləndirib. “ŞKTC liderinin bugünkü görüşdə fəxri qonaq qismində iştirakı türk dövlətlərinin həmrəyliyinin və iradəsinin təzahürüdür”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
 

Onun sözlərinə görə, Türk dünyası Kipr probleminin ədalətli həlli üçün məsuliyyət daşıyır.


Çıxışına davam edən Ərdoğan türk dövlətlərinin potensialını tam şəkildə açmaq üçün birgə addımlar atmağa çağırıb və TDT ölkələrinin dinamik inkişaf edən gənc əhalisinin ümumi sayının 175 milyon nəfər olduğunu xatırladıb. “Ölkələrimiz arasında elm, enerji və nəqliyyat kimi sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün birgə addımlar lazımdır. Konkret olaraq enerji sektorunda bir təchizatçıdan asılılığın aradan qaldırılması vacibdir”, - deyə o vurğulayıb.
Ərdoğan ortaq türk əlifbasının qəbuluna xüsusi diqqət yetirib. “Qeyd edim ki, 34 hərfdən ibarət bu əlifba türk dövlətləri üçün ortaq gələcək qurmaq əzminin simvoludur”, - deyə Türkiyə lideri bildirib.
Türkiyə Prezidenti Ankaranın TDT-nin nüfuzunun daha da artırılmasına töhfə verməyə hazır olduğunu qeyd edib. “Biz “Türk dünyasının baxışı - 2040” konsepsiyasına uyğun olaraq “Türk dünyası əsri”nin qurulması məqsədinə çatmaq üzrə fəaliyyətə hər cür töhfə verməyə hazırıq”, - deyə siyasətçi əmin edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri