Ərdoğan və Zelenski Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin həlli prosesini şəxsən müzakirə etmək üçün Ukrayna lideri Volodimir Zelenskini qəbul etmək niyyətindədir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun verdiyi məlumata görə, iki lider arasında sabah, fevralın 18-də görüş planlaşdırılır.
“Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, fevralın 18-də prezident kompleksində onun dəvəti ilə ölkəmizə rəsmi səfər edəcək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Səfər zamanı Ukraynada baş verən son hadisələr, digər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə Altun X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
O əlavə edib ki, danışıqlar zamanı tərəflər Türkiyə və Ukrayna arasında strateji tərəfdaşlığın bütün aspektlərini də nəzərdən keçirəcəklər. Və əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri addımları müzakirə edəcəklər.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Fevral 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















