Icma.az
close
up
RU
Ərdoğana təzyiqdir, 3 ildən sonra... Sabiq nazirdən İstanbul hadisələrinə reaksiya

Ərdoğana təzyiqdir, 3 ildən sonra... Sabiq nazirdən İstanbul hadisələrinə reaksiya

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“İstanbul hadisələri ilə Suriyadakı son baş verənlər bir-birinə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, Latakiyadakı üsyana birbaşa Rusiya hərbi bazalarının ərazisindən nəzarət edildiyi məlum olub:

“Operativ idarəetmə, təbliğat dəstəyi, o cümlədən səhnələşdirilmiş videoçarxların hazırlanması, atıcı silahların paylanması və sair.  Bəlli olur ki, Rusiya nəzarətində olan iranyönlü proksi qüvvələr Suriyanın Aralıq dənizi sahilini nəzarətə götürmək niyyətində olublar. Cənubda onlarla eyni vaxtda vətəndaş müharibəsi başlayandan İsraillə əməkdaşlıqda ittiham olunan ifrat sağçı radikallar fəallaşıb. Ən əsası isə şimal-şərqdəki ərazilərdən paytaxt istiqamətində PKK-nın nəzarətində olan qüvvələrin hücumu başlayıb. Beləliklə, “qərbli” oyunçular İran-Rusiya qüvvələri ilə koordinasiyada türkyönümlü Əhməd əş-Şara müvəqqəti hökumətini devirmək cəhdini həyata keçirdilər”.

T.Zülfüqarov bildirib ki, İstanbulda baş verənlər Ərdoğana təzyiqləri davam etdirmək cəhdidir:

“Hesab edirəm ki, bu hadisələri 3 ildən sonra keçirilməsi planlaşdırılan və Ərdoğanın iştirak etməyəcəyi seçkilərlə əlaqələndirmək ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri