Icma.az
close
up
RU
Ali Koç: “Mübarizəmizi davam etdirəcəyik

Ali Koç: “Mübarizəmizi davam etdirəcəyik

Apasport saytına istinadən Icma.az xəbər verir.

İstanbulda hazırda "Fənərbaxça" klubunun konqresi keçirilir. 

Apasport.az xəbər verir ki, klubun prezidenti Ali Koç bir sıra açıqlamalar verib.

O, klubdakı gələcəyi ilə bağlı qərarını bildirib:

"Biz idarə heyəti olaraq fəaliyyətimizi və mübarizəmizi davam etdirəcəyik".

Koç həmçinin çempionluq üçün yaxşı heyətə sahib olduqlarını vurğulayıb:

"Çempionluq yolunda psixoloji üstünlük bizim tərəfimizdə idi. Lakin heç kimin əvvəlcədən görə bilmədiyi xal itkiləri ilə çempionluq şansımıza zərbə vurduq. Çoxlarınız haqlı olaraq qəzəbləndiniz. Bizim isə kədərlənmək əvəzinə, problemləri aradan qaldırmaq məcburiyyətindəyik. Ötən il azarkeşlərimiz bizə üç il daha etimad göstərdi və yenidən vəzifəyə gətirdi. Futbol tarixinin ən uğurlu baş məşqçisi sayılan Mourinyonu komandamıza gətirdik. Onunla məqsədimiz təkcə bu günü deyil, gələcəyi də planlaşdırmaqdır. Sizlərin isə bu işi bəyənməmək və ya tənqid etmək haqqınız yoxdur. Biz 99 xal toplayan İsmayıl Kartalı belə tənqid edən insanlarıq. Fənərbaxça tarixində maliyyə baxımından ən dəyərli heyəti qurmuşuq. Keyfiyyətli və təcrübəli bir komanda formalaşdırdığımıza inanırıq".

Ali Koç həmçinin uğursuzluqların yalnız ona aid olduğunu bildirib:

"Dəfələrlə vurğulamışam əgər uğursuzluq varsa, bunun tək məsuliyyəti klub prezidentinə aiddir. Heç vaxt kimisə bəhanə gətirməmişəm, bundan sonra da gətirməyəcəyəm. Futbol strukturu baxımından əlimizdən gələn hər şeyi etdiyimizə əminik. Lakin futbolda bəzən ağıl və məntiqin belə izah edə bilməyəcəyi hadisələr də baş verir. Qış fasiləsi zamanı heyətimizi gücləndirmək üçün investisiyaları artırdıq. Talişka, Şkriniar və Dieqo Karlosu transfer etdik və onsuz da güclü olan heyətimizi daha da möhkəmləndirdik. Təbii ki, ikincilik heç kimi qane etmir. İllərdir zirvəyə oynayırıq, lakin ikinciliklə kifayətlənmək məcburiyyətində qalırıq. Bəzilərinin ‘Fənərbaxça idarəçiliyində zəiflik var’ düşüncəsini formalaşdırmaq cəhdlərini qətiyyətlə qınayıram. Biz idarə heyəti olaraq vəzifəmizi və mübarizəmizi davam etdirəcəyik.”

Günün matçları bu kanallarda - SİYAHI Fransalı məşhur futbolçu MMA-da “Mançester Yunayted”də ciddi itki Türkiyə Kubokunun finalının məkanı dəyişdirildi “Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar ləğv olundu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri