Icma.az
close
up
RU
Ərdoğanın adamı İrəvanda Paşinyana hansı mesajı çatdırıb? 30 il sonra İLK

Ərdoğanın adamı İrəvanda Paşinyana hansı mesajı çatdırıb? 30 il sonra İLK

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ATƏT-in Baş katibi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə bilinən diplomat Firudin Sinirlioğlunun Ermənistana səfəri böyük maraqla qarşılandı. O, səfər çərçivəsində İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla bir araya gəldi. Türkiyəli diplomat İrəvandakı görüşlərində Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyətini müzakirə edib.

Sinirlioğlunun Ermənistana səfəri ölkəmizdə də xüsusi diqqətlə izləndi. Rəsmi Bakı bir türk diplomatın ATƏT-in baş katibi təyin edilməsi fonunda təşkilatın ən azından bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin həllində konstruktiv mövqe sərgiləyəcəyinə ümid edir.

30 il münaqişənin həlli adı altında heç bir müsbət irəliləyiş əldə edə bilməyən ATƏT-in bundan sonra sülh prosesinə yanaşması necə olacaq?

Globalinfo.az-a danışan deputat Səməd Seyidov deyib ki, bu gün bütün beynəlxalq təşkilatlar, xüsusilə Avropada yerləşənlər ciddi böhran içərisindədir:

“ATƏT də bu təşkilatlardan biridir. Dəyişən dünyanın xüsusiyyətləri bu kimi beynəlxalq birliklərdə nəzərə alınmalıdır. Çünki yeni reallıqlar nəzərə alınmasa, bir çox beynəlxalq təşkilat sıradan çıxa bilər. Avropa Şurası buna gözəl nümunədir. Məsələn, bu təşkilat Azərbaycanın yaratdığı reallıqları qəbul etmədiyi üçün regiondan təcrid olundu. AŞPA da təxminən eyni siyasəti yeritdi və beləcə həm Gürcüstan, həm də Azərbaycan ilə münasibətləri korladı. Bu gün hər iki təşkilatın regiona gəlməyə və buradakı problemlərlə maraqlanmağa üzü yoxdur”.


Səməd Seyidov

Deputat əlavə edib ki, ATƏT  təmkinli və balanslı mövqeyi ilə seçilir:

“Doğrudur, bu təşkilatda da vaxtaşırı neqativ hallar olur, amma ATƏT digərləri ilə müqayisədə daha loyaldır. Hələlik bu balans saxlanılır. Səbəbi isə onun sırf Avropa təşkilatı olmamasıdır. Yəni ABŞ da, Rusiya da oranın üzvüdür. Bu təşkilat daha geniş siyasi balansı saxlamaq məcburiyyətindədir.

ATƏT-in regiona gəlişi mövcudluğunu qorumaq məqsədi daşıyır. Təşkilat Firudin Sinirlioğlunun timsalında regional problemlərə balanslı yanaşdığını, obyektiv mövqe nümayiş etdirdiyini göstərməyə çalışır. Hesab edirəm ki, ATƏT-in mövqeyi Ermənistan və Azərbaycanın birgə yanaşmasından asılı olacaq. Bakı və İrəvan birlikdə müraciət ünvanlayarsa, ATƏT-in Minsk qrupu fəaliyyətini dayandıra bilər. Nəticədə də ATƏT-in geri addım atma imkanı olmaz”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri