Icma.az
close
up
RU
Ərdoğanın ilk hədəfi: ərazi bütövlüyü bərpa olunur! Xəritə yenidən cızılır

Ərdoğanın ilk hədəfi: ərazi bütövlüyü bərpa olunur! Xəritə yenidən cızılır

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şaranın Türkiyəyə səfəri, burada Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparması bir sıra aspektdən diqqət çəkir. Devrilmiş lider Bəşər Əsəddən sonra Suriyada yeni hökumətin, fərqli sistemin qurulması prosesində rəsmi Ankaranın aparıcı rol oynadığı bildirilir. Bu baxımdan əş-Şaranın Ankarada Ərdoğanla görüşü növbəti mərhələ kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, əş-Şaranın səfəri həm Türkiyə-Suriya münasibətləri, həm də regional kontekstdə ciddi əhəmiyyətə malikdir:

“Türkiyə Suriya münaqişəsinin həllində aktiv iştirak edən güclərdən biridir. Onun hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranı və milli maraqlar ətrafında formalaşır.

Qardaş ölkənin hədəfləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır. Xüsusilə YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq planları Türkiyəni həm kürd qruplaşmalarından qorumağa, həm də qaçqınların geri qaytarılmasına yönəlib.

Türkiyə hazırda təxminən 3,6 milyon suriyalı qaçqını təhlükəsiz zonalara köçürmək istəyir. Bu məqsəd həm daxili sosial-siyasi təzyiqləri azaltmağa, həm də bölgədəki təsirini gücləndirməyə xidmət edir”.

V.Zifəroğlu qeyd edib ki, Suriya liderinin qısa müddətdə Türkiyə rəsmiləri ilə təmaslara keçməsi, eləcə də Ankaraya səfər edib Prezident Ərdoğanla danışması onun qardaş ölkəyə böyük önəm verdiyini göstərir:

“Görüşdə Suriyanın yenidən qurulması, sabitliyin bərpası, kommunikasiyaların yaradılması, terrorla mübarizə kimi məsələlər müzakirə edildi. Ankara Suriyanın yeni hökumətinə siyasi-iqtisadi dəstək verməyə hazır olduğunu bəyan edib və bunu əməlində də göstərir”.

Qeyd edək ki, “Türkiyə” qəzetinin məlumatına görə, Suriya və Türkiyə arasında hərbi və mülki şəxsi heyətin hazırlığı PKK-nın işğal zonası, Xüms və Aralıq dənizi istiqamətində, Latakiya-Tartusda Türkiyə bazalarının yaradılması ilə paralel olaraq həyata keçiriləcək. Həmçinin iki ölkə tezliklə İŞİD-ə qarşı əməliyyatlara başlaya bilər. Bu çərçivədə Suriya hava məkanı rəsmi olaraq Türkiyə hərbi təyyarələri və PUA-larına açılacaq.

Artıq Türkiyənin Suriya xəritəsinə qanunsuz şəkildə atılmış “xətləri” silməyə və ölkənin ərazi bütövlüyünün bərpası üçün tədbir görməyə hazırlaşması kimi dəyərləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri