Ərdoğanın müavininə 63 milyon babasından qalıbmış...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyədə “Özata Dənizcilik” şirkətinin səhmləri vasitəsilə həyata keçirdiyi birja əməliyyatları və əldə etdiyi hədsiz qazancdan sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini vəzifəsindən istefa verən Fatma Betül Sayan Kaya fonda yatırdığı 63 milyon lirəlik vəsaitin babasından ailə mirası olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Hadi Özişıq məlumat yayıb.
“Şəxsən onunla telefonla danışdım. Mənə ailəsindən qalan xeyli sayda daşınmaz əmlakdan bəhs etdi. Fatma Betül Sayan Kayanın babasından miras qalmış torpaqları var. Bir sözlə, Doğubəyazidin demək olar ki, hamısı ona babasından keçib. O, bunu mənə birbaşa özü deyib”, - o bildirib.
Baxış sayı:87
Bu xəbər 05 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















