Icma.az
close
up
RU
ƏrdoğanTramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər Xəbər saytı Son xəbərlər və Hadisələr

ƏrdoğanTramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın ikinci dəfə prezident seçilməsi və bu postda atacağı addımlar ABŞ-dən çox digər ölkələrdə geniş müzakirə olunur. Qardaş Türkiyə də Trampın prezidentliyindən çox şey gözləyir.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Ziddiyyətlərlə dolu birinci dönəm

Türkiyə Trampın qayıdışından sevinməli, yoxsa narahat olmalıdır? Suala cavab tapmaq hələ çətindir. Onun prezidentliyinin birinci dönəmində iki ölkə arasında yaşananlar tez-tez xatırlanır. Daha dəqiq desək, ziddiyyətlər çox olub. Məsələn, 2018-ci ildə Trampın sosial mediada anti-Türkiyə təhdidləri Ankarada kəskin devalvasiyaya səbəb olmuşdu. Bundan əlavə, Tramp Rəcəb Tayyib Ərdoğanı "o, çox yaxşı tanıdığım, vətənini sevən və dediyi kimi, ölkəsi üçün düzgün işlər görən adam" adlandırıb. İkinci müddətdə də bu cür bəyanatların veriləcəyi inandırıcı görünür. Təqdir olunası hal ondan ibarətdir ki, Türkiyə prezidenti Donald Trampı ilk təbrik edənlərdən olub.

Xoş olmayan mesaj

ABŞ ilə Türkiyə arasında problemlər isə az deyil. Türkiyə ABŞ-dən qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq bu, baş vermədi. Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir. Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin də dəvət edilməsi barədə xəbərin yayılması Ankaraya xoş olmayan mesajdır.

Bütün bunların fonunda Ərdoğan Trampın Ankaraya səfər edəcəyinə ümidvardır. Bildirib ki, Tramp Türkiyə ilə bağlı müsbət bəyanatlar verib və bu səbəbdən də ümid edir ki, səfər dəvəti qəbul ediləcək.

Yeni komanda Ankaraya nə vəd edir?

Trampın komandasına seçdiyi şəxslərin Türkiyə ilə münasibətlərə təsir edəcəyi də şəksizdir. Məsələn, o, Mark Rubionu dövlət katibi vəzifəsinə təqdim edib. Rubio Türkiyə əleyhinə çıxışları ilə yaddaqalan biridir. Bu şəxs Suriya böhranından tutmuş digər mövzulara qədər həmişə Ankaranın əleyhinə olub. Pentaqona rəhbər təyin ediləcək Pit Heqsetin, milli təhlükəsizlik müşaviri Mayk Voltsun isə Türkiyəyə münasibətləri hələlik tam bəlli deyil. Trampın dörd min nəfərlik yeni Prezident Administrasiyasının başında isə yəhudi milyarder Hovard Lutnik duracaq. Kabinetində milyarder İlon Mask və Milli Kəşfiyyat İdarəsinin Direktoru Tulsi Qabbard kimi bir çox nazir sülh tərəfdarıdırlar. Prezident Ərdoğan bildirib ki, Trampın kabinetində kimlərin olduğunu, yanaşma tərzlərini analiz edirlər, hazırlıqları da ona görədir: "Əsas olan onların hakimiyyət məsuliyyətini üzərilərinə götürdükdən sonra etdikləridir. Biz Trampın müharibələri bitirməsi ilə bağlı dediklərinə inanmaq istəyir, bu istiqamətdə addımlar atmasını gözləyirik".

Tramp antitürk xətti götürməyəcək

Əksəriyyət hesab edir ki, Tramp antitürk xətti götürməyəcək. Onun qondarma erməni soyqırımı barədə danışmayacağı da gözlənilir. Ümumiyyətlə, Tramp "erməni kartı" ilə işləyən siyasətçi deyil. O ki qaldı Trampın Suriyadakı YPG və PYD qüvvələrini dəstəkləməsinə, düzdür, bu qruplaşmalara ABŞ maliyyə ayırır. Lakin hər şey yanvarın 20-sindən sonra bəlli olacaq. Türkiyə prezidenti böyük ehtimalla andiçmədə iştirak edəcək və Trampla görüşəcək. Amma ABŞ Suriyada PKK ilə əməkdaşlığı davam etdirərsə, Türkiyə ilə münasibətlərindəki problemlər davam edəcək.

Ərdoğan Putin, Zelenski və Trampla danışa biləcək yeganə liderdir

Trampın qələbəsi Türkiyəni Ukrayna münaqişəsinin həllinə yönəlmiş vasitəçilik səylərini aktivləşdirməyə sövq edə bilər. Yada salaq ki, Trampın seçki kampaniyası zamanı əsas vədlərindən biri Ukraynadakı münaqişəyə son qoymaq olub. Putin Trampın qalib gələcəyini gözləyirdi və ABŞ-nin dəstəyini itirmiş Zelenski ilə sülh danışıqları masasına oturmağa ümid edirdi. Bu proses Prezident Ərdoğanı ön plana çıxara bilər, çünki o, Putin, Zelenski və Trampla danışa biləcək yeganə liderdir.

Hesab edilir ki, Ukraynanın gələn il müharibəni bitirmək üçün hər cür şansı var. Elə Zelenski də bunun yanvarda mümkün olacağını qeyd edib. Öz növbəsində Türkiyə prezidenti də Ukraynadakı münaqişənin tezliklə həllinin mümkünlüyünə əmin olduğunu bildirib, lakin bir şərtlə ki, Donald Trampın administrasiyası bunun üçün siyasi iradə nümayiş etdirsin. Hesab edilir ki, ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri bu münaqişənin həllini sürətləndirəcək. Türkiyə hesab edir ki, daha çox silah, bomba və xaos bu müharibəni bitirməyəcək. Əksinə, dialoq, diplomatiya və razılaşma sülhə qapı açır. Reallıq odur ki, Türkiyə hər iki tərəfi danışıqlar masasına oturtmağa müvəffəq olub. Bunu dəfələrlə edib. "Biz bütün səylərimizi sülhün əldə edilməsinə yönəltmişik və bu istiqamətdə işimizə davam edəcəyik", - deyə Türkiyə lideri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri