PSJ Ukrayna millisinin müdafiəçisini alır Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Fransanın PSJ klubu İngiltərənin "Bornmut"unun və Ukrayna millisinin mərkəz müdafiəçisi İlya Zabarnı ilə maraqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Zabarnının kluba gəlişini rusiyalı qapıçı Matvey Safonovun parislilərdə oynaması çətinləşdirə bilər. Onların birgə oyunu ilə bağlı hələ ki futbolçuların şəxsi mövqeyi bəlli deyil.
Qeyd edək ki, 22 yaşlı İlya Zabarnı "Bornmut"un heyətinə 2023-cü ilin əvvəlində qoşulub. Bu mövsüm o, İngiltərə klubunun heyətində bütün yarışlarda 16 oyun keçirib, heç bir qol vurmayıb. Onun "Bornmut"la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir. Tanınmış Transfermarkt internet portalına görə, Zabarnının təxmini dəyəri 38 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















