Icma.az
close
up
RU
Ərəb ölkələri hərbi blok YARADIR İsraildən dünyanı təşvişə salan müharibə ÇAĞIRIŞI

Ərəb ölkələri hərbi blok YARADIR İsraildən dünyanı təşvişə salan müharibə ÇAĞIRIŞI

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Qəzzada apardığı müharibənin ikinci ilinə yaxınlaşan İsrail hökumətinin başçısı Benyamin Netanyahu ölkəsinin təcridə hazır olmasının vacibliyinə dair xəbərdarlıq edib.
Netanyahu ölkənin gələcəkdə təcrid olunma ehtimalına hazırlaşmalı olduğunu bildirib.
O, Ynet-ə açıqlamasında vurğulayıb ki, belə bir vəziyyətdə İsrail iqtisadiyyatda maksimum özünü təmin etməyə əsaslanan avtar­kiya rejiminə keçməyə məcbur qala bilər.
Baş nazir qeyd edib ki, bu addım ölkənin təhlükəsizliyini və dayanıqlılığını qorumaq üçün vacib ola bilər. 
Netanyahunun bu xəbərdarlığı İsraili yaxın gələcəkdə daha çətin günlərin gözlədiyini düşünməyə əsas verir. Hazırda İsrail Qəzza bölgəsində hərbi əməliyyatları davam etdirir. Təl-Əvivin məqsədi bütün Qəzzaya nəzarət etməkdir. Hətta bu günlərdə İsrail danışıqlarda vasitəçi olan Qətərə də zərbələr endirib. Buna görə əsas müttəfiqi ABŞ da Təl-Əvivin hərəkətini qınayıb. Eyni zamanda, Avropa İttifaqının əksər ölkələri İsrailin hərəkətlərini pisləyən bəyanatlarla çıxış ediblər.
Belə bir vəziyyətdə baş nazir Netanyahu xalqı təcridə hazır olmağa çağırıb.
Bu fonda Yaxın Şərqdə böyük savaş başlaya bilərmi? 
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Yaxın Şərqdə geniş maştablı böyük müharibənin başlanması ehtimalı cüzidir:
“Netanyahunun xalqa müraciət edərək, təcrid olunma ehtimalının mümkünlüyünü söyləməsi və əhalini buna hazır olmağa çağırması Yaxın Şərqdə böyük müharibənin başlanması ilə əlaqədar deyil. Belə bir müharibənin başlanması ehtimalı çox azdır. ABŞ-ın xeyir-duası olmadan İsrail heç zaman həlledici addımlar atmayıb. Yəqin ki, bundan sonra da atmayacaq. Ancaq hətta ABŞ-ın razılığı ilə atılan addımlar da dünyada ciddi narazılıq doğurur”.
“Ərəb ölkələri hərbi blok yaradır...”
Ekspert qeyd edir ki, Netanyahunun ölkə əhalisini təcridə hazır olmağa çağırması İsraillə əməkdaşlıq edən əksər ölkələrin bu əlaqələri dondurmaq təhlükəsindən qaynaqlanır:
“Bu səbəbdən ərəb ölkələri özlərinin hərbi blokunu yaratmaq barədə düşünür, İsraillə iqtisadi əməkdaşlıq edən dövlətlər bu əməkdaşlığı dayandırmaq məsələsini müzakirə edirlər. Tamamilə mümkündür ki, yaxın gələcəkdə İsraillə iqtisadi əməkdaşlığı dayandıracaq ölkələrin sayı kifayət qədər çox olsun. Nəticədə İsrail öz əsas ehtiyaclarını daxili imkanları hesabına ödəmək məcburiyyətində qala bilər. Ona görə də hər ehtimala qarşı Netanyahu buna hazır olmağı məsləhət görür.
İsraillə əməkdaşlıq edəcək ölkələrin sayı təbii ki, azalacaq, bu qaçılmazdır. Çünki Təl-Əvivin davranışı dünyada çox ölkələrin xoşuna gəlmir. Onların əməkdaşlığı dayandırmaq ehtimalı yüksəkdir. Amma İsraillə əməkdaşlıq edən ölkələr də yəqin ki, kifayət qədər olacaq”.    
Rüfət Sultan, Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Sentyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri