Volodimir Zelenski müharibənin taleyinə dair kəşfiyyat hesabatlarını dinləyib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 15 noyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə kəşfiyyat hesabatları dinlənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” səhifəsində məlumat verib.
Volodimir Zelenski əsas müdafiə və təhlükəsizlik rəsmiləri ilə görüş zamanı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin Rusiyanın müharibəni davam etdirmək qabiliyyəti və qarşıdakı aylar üçün planları ilə bağlı kəşfiyyat hesabatlarını dinləyib.
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov cəbhənin təhdid zonalarında vəziyyət, Rusiyanın hərbi hazırlığı ümid etdiyi müddət barədə məlumat verib. Zelenskinin sözlərinə görə, Rusiya ordusu rəhbərliyin Pokrovsk və Kupyanskın ələ keçirilməsi ilə bağlı verdiyi müddətə əməl edə bilməyib və bu müddətlər yenə də təxirə salınıb.
Xarici Kəşfiyyat Xidmətinin sədri Oleq İvaşenko Rusiyadakı siyasi vəziyyət, cəmiyyətdə əhval-ruhiyyə, iqtisadi vəziyyət barədə məlumat verib.
"Biz qarşıdakı həftələr üzrə müdafiəmizin əsas istiqamətlərini müəyyənləşdirmişik və qış ayları üçün müdafiə planımızı da yeniləyəcəyik. Biz həmçinin, uzunmüddətli planlarımızı həyata keçirməyə davam edəcəyik - təhlükəsizlik xidmətlərinin, ilk növbədə Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna ordusunun müvafiq öhdəlikləri var. Diplomatik işdə əsas tərəfdaşlarla koordinasiya etməyə aktiv şəkildə hazırlaşırıq”, - deyə Zelenski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 Noyabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















