Icma.az
close
up
RU
Sakit Okeanda sakitliyi KİM pozur, nüvə raketləri ABŞ a tuşlanıb: Asiyada beş dövlətin qorxunc savaşı başlayır

Sakit Okeanda sakitliyi KİM pozur, nüvə raketləri ABŞ a tuşlanıb: Asiyada beş dövlətin qorxunc savaşı başlayır

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

İndiki mərhələ Asiya-Sakit Okean regionu üçün yalnız iqtisadi-siyasi deyil, həm də geopolitik transformasiya dövrü olacaq... ABŞ və Qərbin “Çinlə mübarizə” strategiyası sərtləşdikcə, rəsmi Pekin öz regional hərbi reaksiya alətlərini daha aktiv şəkildə ön plana çəkir...

Son vaxtlar Asiya-Sakit okean məkanında yaşanan gərginliklər qlobal təhlükəsizlik gündəmini yenidən kəskinləşdirib. ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri, Şimali Koreya lideri Kim Çen İnə gözlənilməz görüş təklifi, rəsmi Pxenyanın ardıcıl raket sınaqları, Cənubi Koreyanın ABŞ istehsalı hərbi texnikaya 25 milyard dollarlıq sifarişi və eyni vaxtda, Avropa İttifaqı ilə Böyük Britaniyanın Çinə qarşı tarif koordinasiyası olduqca önəmli məqamlardır. Bəlkə də bu hadisələrin hər biri təsadüfi görünə bilər, ancaq birlikdə götürüldükdə getdikcə, daha konkret geopolitik xəritə yaranır. Çünki Çinə qarşı beynəlxalq təzyiq kampaniyasının genişlənməsi və rəsmi Pekinin isə müttəfiq Şimali Koreya vasitəsilə reaksiya imkanlarının güclənməsi vəziyyətin təhlükəli olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreya lideri Kim Çen İnə siyasi jestlə görüş təklif etməsi beynəlxalq məkanda ciddi müzakirələrə səbəb olmuşdu. Çünki Ağ Ev sahibi təyyarəsinin kursunu dəyişib, Şimali Koreya və Cənubi Koreya sərhədində “tarixi görüş” keçirmək istəmişdi. Ancaq Şimali Koreya lideri isə bu təklifə neqativ cavab vermişdi.

Maraqlıdır ki, Ağ Ev sahibi sonradan tərəflərin “sadəcə, zamanlama problemi yaşadığını” bildirsə də, rəsmi Pxenyanın cavabı əslində, çox daha sərt olmuşdu. Belə ki, Kim Çen İn görüş təklifindən dərhal sonra nüvə silahı daşıya bilən ballistik raketin sınağını keçirmişdi. Əslində, rəsmi Pxenyanın bu davranışı ilə iki mühüm mesaj verdiyini də düşünmək olar. Belə ki, Şimali Koreya lideri ABŞ prezidenti ilə dialoqu yalnız öz şərtləri çərçivəsində qəbul edə biləcəyini biruzə verir. Digər tərəfdən isə Koreya yarımadasında siyasi jestlərin dövrünün bitdiyi, artıq sərt güc nümayişinin yenidən əsas diplomatik alətə çevrildiyini anlatmağa çalışır.

Təbii ki, bütün bunlar ilk növbədə Cənubi Koreya üçün real hərbi təhlükə deməkdir. Ona görə də, rəsmi Seulun 2030-cu ilə qədər ABŞ-dan 25 milyard dollar dəyərində silah alacağını açıqlaması Asiyada hərbi güc balansının qorunmasına yönəlik təhlükəsizlik addımı təsiri bağışlayır. Belə ki, rəsmi Pxenyanın nüvə arsenalı genişlənir, ballistik raket proqramı sürətlənir və ordunun modernləşdirilməsi davam edir. Cənubi Koreya isə belə situasiyada öz təhlükəsizliyini hələlik yalnız ABŞ-nin genişlənmiş hərbi-siyasi dəstəyi vasitəsilə təmin edə bilir. Və bu baxımdan, rəsmi Seul üçün 25 milyard dollarlıq hərbi ticarət paketi bu balansın saxlanması üçün həyati əhəmiyyət daşıyır.

Ancaq Koreya yarımadasında, eləcə də, Asiyada hərbi-siyasi gərginliyin artması ABŞ-a maliyyə-iqtisadi məzmunlu gəlir qaynaqları açır. Yəni, Tramp administrasiyası üçün “hər müttəfiqliyin iqtisadi qarşılığı olmalıdır” prinsipi hələ də qüvvədədir. Cənubi Koreya üçün isə ABŞ ilə böyük silah sazişi həm isti münasibətlərin davamı, həm də Ağ Evin regionda daha fəal vəziyyətdə saxlanmasl üçün siyasi “sığorta” alətidir. Bu hərbi ticarət sifarişi prezident Donald Trampın Seul səfəri zamanı razılaşdırılıb. Və bu, Ağ Evin Cənubi Koreya üzərindəki təsir mexanizminin daha çox iqtisadi xarakter aldığını göstərir.

Bütün bunlara paralel olaraq, Qərbdə Çinə qarşı maliyyə-iqtisadi məzmunlu təzyiq kampaniyası tədricən yeni istiqamətlər də almağa başlayıb. Belə ki, Avropa Birliyi və Böyük Britaniya qlobal polad bazarında Çinin dominantlığını məhdudlaşdırmaq üçün tarixdə ilk dəfə “Qərb Polad Alyansı” yaratmaq ideyasını gündəmə gətirib. Çünki Çinin subsidiya ilə ucuz polad ixracı Avropa sənayesini sıradan çıxarır. Və ona görə də, Qərb Çinlə iqtisadi mübarizəni artıq açıq şəkildə strateji müstəviyə keçirir.

Digər tərəfdən, ABŞ və Qərbin Asiyadakı əsas tərəfdaşlarından olan Yaponiya da Çinə qarşı qlobal təzyiq kampaniyasına aktiv şəkildə dəstək verməyə çalışır. Belə ki, Yaponiyanın baş naziri Sanae Takaichi son bəyanatında bildirib ki, əgər, Çin Tayvana hərbi müdaxilə edərsə, rəsmi Tokio “özünü müdafiə etmək üçün bütün zəruri addımları atacaq”. Bu, rəsmi Tokionun uzun illər davam edən “müdafiə yönümlü siyasətinin” artıq tədricən dəyişməkdə olduğunu göstərir.

Ona görə də, rəsmi Pekin dərhal buna sərt reaksiya verərək, Çinin Yaponiya ilə diplomatik münasibətlərdə “kəskin irəliləmə”nin qarşısını almağa üstünlük verdi. Belə ki, rəsmi Pekin Çin vətəndaşlarına Yaponiyaya səfər etməmək barədə xəbərdarlıq edib. Bu qarşıdurma Çinin regional hegemonluq iddiaları ilə Yaponiyanın ABŞ dəstəyi fonunda artan hərbi-siyasi ambisiyalarının toqquşmasını açıq şəkildə ortaya qoyur.

Bütün bu hadisələrin ardıcıllığı onu göstərir ki, Asiya qitəsində üç paralel gərginlik xətti yaranıb. Bir tərəfdən, ABŞ-Çin iqtisadi mübarizəsi, Avropa Birliyi və Böyük Britaniyanın tarifləri rəsmi Pekini daha sərt cavab reaksiyası verməyə məcbur edir. Digər tərəfdən, Şimali Koreya-ABŞ qarşıdurması, rəsmi Pxenyanın nüvə testləri və Tramp-Kim Çen İn dialoqununiflasa uğraması  yarımadada hərbi riskləri artırır. Nəhayət, Yaponiya-Çin qarşıdurması və Tayvan problemi, rəsmi Pekinin əsəbi hərbi ritorikası, eləcə də, rəsmi Tokionun mövqeyinin sərtləşməsi eskalasiya ehtimalını daha da yüksəldir.

Təbii ki, bütün bunlar regionda genişmiqyaslı hərbi münaqişə ehtimalını artırır. Ancaq hərbi toqquşmaların dərhal başlama ehtimalını hələlik real hesab etmək bir qədər çətindir. Çünki unutmaq olmaz ki, Asiya dövlətləri və ABŞ üçün belə bir hərbi münaqişənin iqtisadi və siyasi yükü olduqca ağır ola bilər. Ancaq lokal insidentlər, raket sınaqları, hava-dəniz qarşıdurmaları və ya Tayvan ətrafında gözlənilməz təhlükəli hadisə qlobal eskalasiya mexanizmini də dərhal işə sala bilər.

Maraqlıdır ki, belə gərgin situasiyada Çinin ABŞ və Qərbə qarşı “Şimali Koreya kartı” böyük önəm daşıyır. Çünki Şimali Koreya Çinin yaxın müttəfiqi kimi təqdim olunsa da, əslində, rəsmi Pekin bu ölkəni əsasən iki səbəbdən dəstəkləyir. Birincisi, rəsmi Pekin regionda ABŞ-nin dominantlığını Şimali Koreyanın nüvə arsenalı üzərindən balanslaşdırmağa çalışır. Digər tərəfdən isə rəsmi Pekin Koreya yarımadasında tam nəzarətsiz xaosun qarşısını almaq üçün Şimali Koreyadan təzyiq mexanizmi kimi istifadə edir.

Ancaq ABŞ və Qərbin Çinə qarşı iqtisadi-siyasi təzyiqləri artdıqca, rəsmi Pekinin Şimali Koreyadan strateji manevr aləti kimi istifadə etmək cəhdləri əks effekt də verə bilər. Çünki bu, Cənubi Koreya və Yaponiyanın hərbi modernləşməsini daha da sürətləndirəcək və təhlükəsizlik dilemmasını dərinləşdirəcək. Bütün bu proseslər öz növbəsində bir tərəfdən, ABŞ və Qərbin Çinə qarşı iqtisadi mühasirə strategiyasını stimullaşdırır. Digər tərəfdən isə Asiya qitəsinin qlobal savaş məkanına çevrilmə ehtimalını artırır.

Göründüyü kimi, indiki mərhələ Asiya-Sakit okean regionu üçün yalnız iqtisadi-siyasi deyil, həm də geopolitik transformasiya dövrü olacaq. ABŞ və Qərbin “Çinlə mübarizə” strategiyası sərtləşdikcə, rəsmi Pekin öz regional hərbi reaksiya alətlərini daha aktiv şəkildə ön plana çəkir. Bu isə nəinki Koreya yarımadasında, Tayvan boğazında və Cənubi Çin dənizində, hətta qlobal səviyyədə yeni güc balansının formalaşmasına gətirib çıxara bilər.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Noyabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri