Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edərək onları yerli qanunlara əməl etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
Məlumatda dilənçiliyin və ya icazəsiz ianə toplamağın Səudiyyə Ərəbistanında həbsə, saxlanmaya və deportasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq olunub.
Sözügedən xəbərdarlıq, xüsusilə Məkkə və Mədinə şəhərlərinə gedən zəvvarlara şamil edilib.
Səfirlik bu məlumatı Səudiyyə Ərəbistanında bir neçə pakistanlının dilənçilik və viza rejimini pozmaqda şübhəli bilinərək saxlanılmasından sonra yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında, xüsusilə Məkkə və Mədinədəki müqəddəs məkanların ətrafında dilənmək və icazəsiz pul toplamaq qanunsuz hesab edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Avqust 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















