Icma.az
close
up
RU
Ərəblər Azərbaycanda yenə ova çıxdı VİDEO

Ərəblər Azərbaycanda yenə ova çıxdı VİDEO

Azərbaycanda ov mövsümünün qapalı olmasına baxmayaraq Biləsuvar-Sabirabad ərazisində ərəblərin “Qırmızı kitab”a düşən bəzgək ovuna çıxması barədə görüntlər yayılıb. 

Pravda.az xəbər verir ki, bununla bağlı “Ecofront” səhifəsi paylaşım edib. 

"Bəzgək ovlanmasını çəkən izləyicimizə ovçuların bələdçisi tərəfindən təzyiq olunub. “Qırmızı kitab” növünün ovlanması cinayətdir! Qurtarın bu biabırçılığı!”, - paylaşımda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, eləcə də Daxili İşlər Nazirliyinə çağırış edilib. 

“Ecofron”un iddiasına görə, ərəb turistlərin bir hissəsi Salyandakı “Kür hotel” də qalır: “Şirvandan, Biləsuvardan və Şəmkirdən də xəbərlər gəlir”. 

Qeyd: Daha əvvəl yayılan bənzər halla bağlı Pravda.az saytı tərəfindən ETSN-ə sorğu göndərilsə də, heç bir mövqe bildirilməyib. 

seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri