Icma.az
close
up
RU
“Ərimə deyirəm ki, sanki səni mən doğmuşam”

“Ərimə deyirəm ki, sanki səni mən doğmuşam”

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

“Ərimə deyirəm ki, sanki səni mən doğmuşam”

“Özümü o qədər də gözəl hesab etmirəm. Yaşında gətirdiyi bir gözəllik var. İç dünyası… O da ola bilər. Onun yanında da xırda toxunuşlar edirəm. Pis örnək olmaq istəmirəm. Əslində mən sağlam həyat tərzi və qidanmaqdan bəhs edirəm. Bacım Nigarın da mənə tövsiyyələri var ki, mən onun məsləhətlərinə sona qədər güvənmişəm, inanmışam”.

OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində deyib.

Sənətçi gidalanmasından və formada qalmasından söz açıb:

“Elə gün yoxdur ki, sirkəli su içməyim. Oyanan kimi əsla yemək yemirəm. 18:00-dan sonra hər hansısa bir yerə qonaq gedəcəyəmsə, yemək məsələsini yalnız o saata saxlayıram. Yəni o qonaqlıqda yemək yeyirəm və bitirirəm yemək işini. Mütləq şəkildə hər gün özümü 40 dəqiqə yeriməyə məcbur edirəm. Bir də ki həyatımda olmazsa olması kitab oxumaqdır”.

İbrahimova birazda xasiyyətindən bəhs edib:

“Deyirlər ki, biraz sərt ana və həyat yoldaşıyam. Amma bunu mən qəbul etmirəm. Xasiyyət olaraq qarmaqarışıq, dəyişkən insanam. Ruh halım çox dəyişkən olur. Hətta bunu ailə üzvlərim də hərdən vurğulayır. Bəzən gəhgəhə ilə gülə də, bəzən də ağlaya da bilirəm. Yuvanı hər zaman dişi quş qurur. Qadın istəsə huzurlu və huzursuz da ortam yarada bilir. Amma mən hər zaman huzuru sevmişəm. Hətta bəzən həyat yoldaşıma deyirəm ki, sanki səni mən doğmuşam. Müşahidə etməyi çox sevirəm. Onun bir baxışından “belə bir demək istədin” dediyimdə o etiraz edəndə söyləyirəm ki, amma səni çox gözəl tanıyıram. Yenə də bütün yükün qadında olduğunu hesab edirəm. Buna etiraz edənlərə, etiraz edib və yükü biraz həyat yoldaşına yükləyənləri alqışlayıram hər zaman. Mən bunu edə bilmədim. Çünki hər şeyə özüm yetişmək və kontrolumda saxlamağı sevirəm. Bu mənə huzur verdiyi üçün etdim. Bu hal olanda qarşı tərəfdə deyir ki, yəgin bunu edə bilməyəcəyimi düşündüyü üçün bütün yolları sizin üçün açır. Canına da minnət... Qadın yorulur, deyinir”.

İradə bildirib ki, özünə qarşı hörmətsizlik və laqeyitsizlik görəndə əsəbiləşir:

“Hörmətsizlik – susa bilməyəcəyim bir vəziyyətdir. Özümə qarşı hörmətsizlik, laqeyitsizlik görsəm… Sərhəd var, onu keçməyə heç kimə icazə vermirəm. Bu uşaqlarım, həyat yoldaşım, bacılarım, heç fərq etmir”.

“Ailənizlə yaxın gələcəkdə Türkiyədən Azərbaycana köçməyi düşünürsünüz?” sualına müğənninin cavabı belə olub:

“Bu haqda heç zaman düşünməmişəm. Həyat sürprizlərlə doludur. Bilmək olmaz bəlkə nə zamansa ailəmlə birgə Azərbaycana köçüb, burada yaşaya bilərik”

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. 

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib. 

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://olay.az
archiveBu xəbər 18 Mart 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri