Icma.az
close
up
RU
Ərinin qətlini sifariş verən qadının məhkəməsində icraçılardan biri ifadə verib

Ərinin qətlini sifariş verən qadının məhkəməsində icraçılardan biri ifadə verib

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi keçirilən iclasda təqsirləndirlən Mehdi Məmmədov ifadə verib.

Təqsirləndirilən bildirib ki, Rusiyada cəza çəkib, Azərbaycana qayıdandan sonra burada “Əhli-beyt” adlı xeyriyyə cəmiyyətinə qoşulub: "Biz xeyriyyə cəmiyyətinə müraciət edənləri yoxlamaq üçün evlərə gedirdik. Bir gün Səidə adlı bir xanım müraciət etdi və bunun əsasında anası Rübabəyə kömək üçün onların evinə gedib yoxlama apardıq. Ailə ilə yaxın olduqdan sonra onlar mənim subay olduğumu bilib mənə qonşuluqdakı qızla evlənməyi tövsiyə etdilər. Məni Əzizənin xalası Leyla ilə tanış elədilər. Biz kəbin kəsdirdik, amma rəsmi nikah bağlaya bilmədik. Çünki o, məndən öncə 7 ildir ki, bir iranlı ilə evli idi. İranlı ilə boşanmaq istəsələr də, alınmırdı. Çünki o, ölkədə deyildi. Mən Leylaya kəbini pozmağa kömək etdim. Həmin şəxslə əlaqə saxladıq və o, söz verdi ki, ölkəyə qayıdacaq və rəsmi olaraq boşanacaq. Mən bu ailə ilə belə tanış oldum".

O, əlavə edib ki, hadisədən öncə taksi fəaliyyəti ilə məşğul olaraq müştəri apararkən Əzizə ona zəng edib: “Ağlayaraq bildirib ki, evdən mübahisə edərək çıxıb. Pulu olmadığı üçün taksi çağıra bilməyib. Dedim mənim müştərini apardığım yerə taksi sifariş ver, gəlim sizi götürüm. Onunla görüşəndə dedi ki, babası ilə mübahisə edib, rəfiqəsi Xədicənin evində qalmaq istəyir. Yolda dedilər ki, evdə yeməyə heç nə yoxdur. "McDonalds"a sürdüm. Onlar getdi, mən isə maşında gözlədim. Sonra Xədicə mənə yad kimi zəng edərək yüklərinin taksidə qaldığını söylədi. Anladım ki, Əli Seyidli yanlarındadır. Əli telefonu alıb xahiş etdi ki, göndərəcəyi ünvana yüklərini gətirim. Aparanda mənim yad taksi sürücüsü olmadığımı anladı və qısqanaraq məni təhqir etməyə başladı. Leylanın xahişinə görə kim olduğumu söyləmədim. Dedim səninlə görüşəcəm. Evə qayıdaraq olayı Bəxtiyara danışdım".

Təqsirləndirilən əlavə edib ki, onun bu cinayəti törətmək fikri olmayıb və ya sifariş almayıb: "Hadisə gününədək mən Əlini axtarmamışam. Onun evini tanıyırdım. Həmin gün - 2023-cü il martın 15-də Bəxtiyarı və Elvini götürüb Maştağaya Əli ilə söhbətə getdik. Elvini aparmayacaqdıq, amma dedi ki, sona qədər bizimlə olacaq. Mən də maska taxmışdım ki, tanınmayım. Niyyətim Əliyə üzr istətmək idi. O mənimlə pis danışdığı üçün özümü tanıtmadım. Mən də onunla o tonda danışdım. Əlində bıçaqla üstmə hücum çəkdi. Mən yardım çağırdım. Birinci bıçaq barmağıma girdi. Sonra əlindən almağa çalışarkən digər əlim də kəsildi. Uşaqlar da gəldi və biz əlbətaxa olmağa başladıq. Mən onun bıçağını götürərək ona vurdum. Elvin də maşından götürdüyü bıçaqla Əlini ayağından vurdu. Bəxtiyar isə bizi kənara çəkməyə çalışdı. Onun bu söhbətlə əlaqəsi olmayıb. Biz aralandıq, Əli də evə getdi. Bizim bir gün Əlinin öldüyündən xəbərimiz olmayıb. Səhəri günü Leyla ilə danışmaq istədim, cavab vermədi. Daha sonra dedi ki, Əli bıçaqla öldürülüb, onun da başı yasa qarışıb. Mən Əzizədən nə sifariş almışam, nə də onunla münasibətim olub. O mənim qızım kimi olub".

Hakimin Əli Seyidliyə 18 bıçaq zərbəsi vurulmsı barədə sualına cavab olaraq M.Məmmədov onlardan sadəcə, ikisini xatırladığını deyib.

Məhkəmə prosesi iyulun 1-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, hadisə 2023-cü il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri