Ərinin xəyanətini mətbuatdan öyrənib FOTO
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Rusiyalı müğənni Mariya Veber Natalya Podolskayaya verdiyi müsahibədə keçmiş həyat yoldaşı, iş adamı Parviz Yasinovun xəyanətini ağır keçirdiyini bildirib.
Demokrat.az-ın məlumatına görə, Veber deyib ki, boşanmadan sonra mənəvi cəhətdən özünə gəlməsi təxminən iki il çəkib. Müğənninin sözlərinə görə, onun üçün ən ağır məqam həyat yoldaşının “Tatu” qrupunun solisti Yuliya Volkova ilə münasibəti barədə xəbəri mətbuatdan öyrənməsi olub.
“Ən xoşagəlməz məqam isə bu xəbəri qəzetlərdən öyrənməyim idi. Son ana qədər məni aldadırdılar”, deyə sənətçi bildirib.
Veber qeyd edib ki, hazırda heç kimə qarşı kin saxlamır. Müğənni etiraf edib ki, bu hadisəni heç vaxt Yuliya Volkova ilə müzakirə etməyib. Onun sözlərinə görə, əvvəlcə bunu etmək istəməyib, indi isə artıq buna əhəmiyyət vermir.
Hazırda Mariya Veber keçmiş həyat yoldaşı ilə oğlu Oskarın xatirinə neytral münasibət saxlayır:
“Bizim münasibətlərimiz ortaq övladı olan valideynlərin klassik münasibətləridir. Onları isti münasibətlər adlandıra bilmərəm, amma normaldır. Oğlumuzu birlikdə böyüdürük, lazım gəldikdə birlikdə onu danlayırıq, hər hansı məsələni həll etmək və ortaq qərara gəlmək üçün əlaqə saxlayırıq".

Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Arvad ərinin onu ən yaxın dostu ilə aldatdığını öyrənib və...
04 Sentyabr 2025 23:46
Fenomen ərinin xəyanətini tutdu, boşanırlar
06 Avqust 2025 16:33
Almaniya Kansleri Trampın sülh planı barədə mətbuatdan öyrənib
27 Noyabr 2025 17:54
Ərinin xəyanətini diş fırçası sayəsində öyrəndi
28 May 2025 18:47
Psixoloq: Ərinin xəyanətini bağışlamamaq xanımın zəifliyidir MÜSAHİBƏ
16 Noyabr 2024 05:30
Baxış sayı:66
Bu xəbər 06 Avqust 2026 16:10 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları