Icma.az
close
up
RU
Erkən nikah problemi Psixoloq valideynləri günahlandırır

Erkən nikah problemi Psixoloq valideynləri günahlandırır

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Erkən nikah - bu söz bəzilərinə ənənəvi, bəzilərinə isə faciəvi səslənir. Lakin bu anlayışın arxasında gizlənən acı həqiqətlər çox vaxt susqun qalır. Əslində isə bu, bir insanın - xüsusilə də yeniyetmə qızların - uşaqlığını, gəncliyini, təhsilini və bəzən həyatını əlindən alan böyük bir sosial problemdir. Erkən nikah sadəcə ailədaxili məsələ deyil, həm də cəmiyyətin gələcəyinə yönəlmiş təhlükəli müdaxilədir. 

Erkən nikah ictimai problem olmaqla yanaşı, demoqrafik problem kimi də dəyərləndirilməlidir. Aparılan təhlillər göstərir ki, yeniyetmə və gənclər arasında erkən nikahlara dair maarifləndirməyə ciddi ehtiyac var. Bir çox valideynlər erkən nikahın mənfi nəticələri, yaratdığı fiziki və psixoloji fəsadları, hüquq pozuntuları barədə məlumatlı deyillər. 

Psixoloq Vüsalə Rüstəm bu problemi tərəqqipərvər cəmiyyətlər üçün bəla adlandırıb. Qeyd edib ki, qızların erkən nikaha daxil olması köhnə problem olsa da, köhnəlmir, qərinələr, əsrlər ötür, amma cəmiyyət bu bəladan xilas ola bilmir: “Təəssüf ki, bu mənfi tendensiya müsəlman aləmində daha geniş yayılıb. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəb isə müqəddəs kitabımızda qızın erkən yaşda nikaha daxil olmasının mümkünlüyü barədə yazılanlardır. Bir çox insan bunu əsas götürərək azyaşlı qızlarını ər evinə göndərməkdən çəkinmirlər.  Bəziləri isə savadsızlıqdan və sosial vəziyyəti ağır olduğundan qızı özünə “ağır yük” hesab edir. Elə müsəlman ölkələri var ki, hələ də orada qızlara gəlir mənbəyi kimi baxırlar. Onu tez ərə verib “başlıq parası” alırlar. Bunun adı qızın satılmasıdır. Ata qızını istəyən adamdan müəyyən məbləğdə pul tələb edir. Hətta bəzən elə olur ki, valideynlər azyaşlı qızlarını 30-40 yaş böyük kişilərlə evləndirirlər. Çox zaman azyaşlı qızların tez evləndirilməsi maddiyyata bağlı olur, pulu olan kişi bu barədə istəkli olduqda valideynlər azyaşlı qızlarını nikaha məcbur edirlər. Sosial vəziyyətlə bağlı, bəzi hallarda isə valideynlər keşmişdən qalan “qız yükdür, kiməsə ver canını qurtar” düşüncəsi ilə hərəkət edirlər. Hər bir halda problemin kökündə cahillik dayanır”. 

Vüsalə Rüstəm hesab edir ki, uşağını  erkən nikaha məcbur edən valideynlərlə mübarizə aparmağın tək yolu dövlət tərəfindən mövcud olan qadağadır ki, buna da təhsil aldığı məktəb, güc strukturları, yerli idarəetmə orqanları nəzarət etməlidir. Uşaq təhsildən yayındıqda bundan ilk xəbər tutan onun müəllimləri,  yəni məktəb olur. Təhsil müəssisəsi  bu məsələyə son dərəcə ciddi yanaşmalıdır: “Psixoloji dəstək verməklə bəzi hallarda bu cür hadisələri önləmək mümkün olur, amma əksər vaxtlarda erkən nikaha məcbur edilən qızların anası və nənəsi vaxtilə bu cür halın qurbanı olan qadınlar olur. Həmin adamlar öz övladlarının, yaxud nəvəsinin də eyni taleyi yaşamasını adi qarşılayırlar. Bu insanlara uşağın hələ orqanizminin, psixikasının hazır olmaması barədə danışdıqda bu halı qəzəblə qarşılayır və söyləyirlər ki, mən öyrənmişəm, uşaq dünyaya gətirərkən ölməmişəmsə, ona da heç nə olmayacaq”. 

Psixoloq hesab edir ki, məktəblərdə azyaşlı qızlarla maarifləndirmə işi aparmaqla cəhaləti yox etmək mümkündür. Uşaqlar öz hüquqlarını bilib dirəniş göstərdikdə, valideynlər onları öz tələsik qərarlarının qurbanına çevirə bilmir: “Təhsil qızların da haqqıdır. Cəhaləti yox etməyin tək çarəsi oxumuş qızlardır”. 

Psixoloq deyib ki, azyaşlı qızlar evləndikdən sonra onların psixoloji vəziyyəti ər-arvad münasibətləri üçün uyğun olmur: “Oyuncaqla oynayan uşaq birdən-birə tamamilə ona yad olan mühitə düşür, qorxur, nəticədə xoşuna gəlməyən hallar baş verir. Çox qız bu halı zorlanma travması kimi xatırlayır, bu hal onun beynində çox dərin travmatik iz buraxır, illər keçsə də buna görə ata - anasını bağışlamır, onları günahlandırır. Çox zaman belə ailələr uğurlu olmur. 18-19 yaşında uşaqlığını yaşamayan bir qadının 2 uşağı olur, davam gətirməyib, ya evdən qaçır, ya da uşaqlarından imtina edir. Ailəsindən imtina edən belə qadınların çoxu ata evinə geri dönmür. Valideynlər erkən nikah ərəfəsində düşünürlər ki, kimsə onların qızına çörək verib sahib çıxacaq, amma anlamırlar ki, sənin qoruyub çörək vermək istəmədiyin qıza heç kim sahib çıxan deyil”. 

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri