Icma.az
close
up
RU
Erkən qarpızların gizli riski nədir?

Erkən qarpızların gizli riski nədir?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Erkən qarpızların əsas təhlükəsi nitratlarla deyil, saxlanma və gigiyena qaydalarına əməl olunmaması ilə bağlıdır.

Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, erkən yetişən qarpızların bir sıra özünəməxsus xüsusiyyətləri var. Adətən bu meyvələr tam yetişməmiş halda yığılır və daşınma zamanı yetişməyə davam edir. Bu isə onların dad və keyfiyyətinə təsir göstərir. Belə qarpızlar avqust-sentyabr aylarında təbii şəraitdə yetişən qarpızlarla müqayisədə daha az şirin, daha sıx və az dənəli olur.

Ekspertlər qeyd ediblər ki, istehlakçıların tez-tez ehtiyat etdiyi nitratlar əslində bitkilərin böyüməsi üçün lazım olan mineral gübrələrdir. Meyvə yetişdikcə onların miqdarı azalır və qalıqlar əsasən qabıq hissəsində toplanır.

Bununla belə, daha ciddi təhlükə bakterial çirklənmədir. Qarpızın yuyulmamış səthinin torpaq, toz və digər çirklərlə təması nəticəsində bakteriyalar meyvəyə keçə bilər. Xüsusilə avtomobil yollarının kənarında, qeyri-qanuni satış nöqtələrində satılan qarpızlar daha riskli hesab olunur. Belə yerlərdə meyvələr avtomobil qazlarının tərkibindəki ağır metalları da mənimsəyə bilər.

Mütəxəssislər riskləri azaltmaq üçün qarpızın yalnız rəsmi satış məntəqələrindən alınmasını tövsiyə edirlər. Həmçinin zədələnmiş, çatlamış və ya əvvəlcədən kəsilmiş qarpızları almaq məsləhət görülmür. İstifadədən əvvəl qarpız ilıq su və fırça ilə yaxşıca yuyulmalıdır. Kəsilmiş qarpız isə yalnız soyuducuda saxlanmalı və qısa müddət ərzində istehlak edilməlidir.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri