Erlinq Holann 65 avro cəriməyə görə həbs oluna bilər AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 23 noyabr, AZƏRTAC
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann həbs oluna bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, norveçli hücumçu 65 avro cəriməyə görə azadlıqdan məhrum edilmə təhlükəsi ilə üz-üzədir.
24 yaşlı forvard ötən il İsveçrənin Vaadt kantonunda yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib. Bir ildir cəriməni ödəməyən futbolçu İsveçrəyə gedəcəyi halda, 1 günlük həbs olunacaq.
Qeyd edək ki, Erlinq Holann "Mançester Siti"də illik 20 milyon avro maaş alır.
Baxış sayı:66
Bu xəbər 23 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















