Icma.az
close
up
RU
“Erməni arzularının” fəalları...

“Erməni arzularının” fəalları...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycana düşmən kəsilən düşməndən betərlər

2024-cü il sona yaxınlaşır. Ölkədə hər bir vətəndaş arxada qoyduğumuz ilin yekunları ilə bağlı ən azından özü qarşısında bir hesabat verir - mən, bu il ərzində nələri etdim, nələri etmədim və ya nələri edə bilərdim... Təbii ki, hər bir insan həm də yaşadığı dövlətin qarşısındakı vətəndaş məsuliyyəti nöqteyi-nəzərdən bir hesabat vermək kimi borcluluq hiss edir.

Bəzi “erməni arzularının” ifadəçisi sayılanların hesabatları isə əvvəlcədən bəllidir. Sevinc Osmanqızı, Əli Kərimli, Arif Məmmədov, Gültəkin Hacıbəyli kimilərinin hesabatı yalnız və yalnız erməni maraqlarına, erməni mənafeyinə istiqamətlənib.

Məsələn, Əli Kərimli il ərzində siyasi bitkinliyini gizləmək üçün müxtəlif manevrlərə əl atırdı - ilin əvvəlində erməni tezisləri əsasında ölkədə baş tutan mühüm siyasi hadisələrə qarşı düşmən münasibəti sərgilədi. AŞPA-nın məlum qərəzli mövqeyinə “amin” demək üçün əldən-ayaqdan gedən Kərimli onların boş-boş söz yığınına çevrilən “qətnamələrindən” “kərəm umdu”. Azərbaycanın Fransaya qarşı apardığı haqlı mübarizədə Makronu dəstəklədi, Paşinyanı bağrına basdı, erməni iddialarına haqq qazandırdı. Nə gözləyəsən - müharibə dövründə Azərbaycan dövlətinin erməni əsgərlərinin ölüm sayını qəsdən “şişirtdiyini” iddia edən, zəfərimizi “yarımçıq” adlandıran, torpaqlarımızın azad edilməsini ciddi-cəhdlə təkzib etməyə çalışan birisindən başqa heç nə gözləmək olmaz. Ermənipərəst Ben Kardenə “qoşularaq” hərbi cinayətkarlara “azadlıq” istəyən Kərimli xalqının təyyarə faciəsini siyasi alver predmetinə çevirmək üçün fürsət güdənlərdəndir. Hər kəs hüzn içində olanda Kərimli erməni arzularını faş etməklə məşğul idi.  Hətta erməni Paşinyan belə Əli Kərimlidən daha ləyaqətli davranış sərgilədi - Azərbaycana başsağlığı verdi. Kərimli isə faciə üzərindən tələm-tələsik tamaşa oynamağa başladı ki, bu dəfə də oxu daşa dəydi...

Digərləri də bu işlərdə Kərimlidən geri qalmır desək, yanılmarıq. Məsələn, özünün qeyri-adekvat davranışları, “fantaziyaları” ilə məşhur olan Sevinc Osmanqızının tez-tez “efirindən” qəribə “hallarının” şahidi olduq - məşhur “pişik” əhvalatından tutmuş, başqa “məziyyətlərə” qədər bütün gerçəkliklər üzə çıxıb. Xəstə təfəkkürə sahib olanlardan da başqa bir gözlənti yersiz sayılardı - “pişik” sözünü efirində təkrarlayaraq qəşş edən birisinin ideyası da, ideologiyası da fantaziyaları ilə səsləşməli idi və səsləşir də...

Osmanqızı tək deyil. Birinin “pişik” havası bir başqasının “buğa” replikası ilə “tənləşir”. Gültəkin Hacıbəylinin olmayan “milli şura” iclasını “kolxoz mükaliməsi” kimi qavraması da məhz bu düşüncə tərzindən qaynaqlanır.

Bu siyahını davam etdirmək də olar. Keçmiş səfir, indiki xain Arif Məmmədov, Fransada oturub Makronun diqtəsi ilə erməni tezisləri “püskürən” Qənimət Zahid və onlar kimi erməni arzusunun ifadəçiləri olanları ifşa etmək çətin bir məsələ deyil - danışdıqları, dedikləri, yazdıqları hər bir söz birmənalı şəkildə bu dövlətin, bu xalqın əleyhinədir. Onlar dövlətin milli maraqlarını hər kəsə satmağa hazırdırlar - fərq etmir pulu Makron verir, Soros verir və ya hansısa Avropada yaşayan erməni lobbisinin üzvü olan “yan” verir. 

Erməni “təbliğatının” sınıq təkərinə çevrilən belələri il ərzində ancaq və ancaq uğurlarımıza, nailiyyətlərimizə baxıb köks ötürdülər. Beynəlxalq arenalarda layiqli davranışımız, qlobal tədbirlərdə ən yuxarı kürsüdə asılan bayrağımız, sözümüz və əməlimiz bu kimi erməni qazanının dibi olanlar üçün ən böyük faciədir. Xalqının pis gününə sevinib, xoş gününə təəssüflənənlər dövlətinin və millətinin düşmənləridirlər...

MƏNSUR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri