Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Erməni yazıçı Qarabağda erməni vəhşiliyindən yazdı

Erməni yazıçı Qarabağda erməni vəhşiliyindən yazdı

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

Erməni yazıçı Qarabağda erməni vəhşiliyindən yazdı

Kardaş Onniq Livanda anadan olub, ABŞ-da yaşayan erməni əsilli rəssam və yazıçıdır. O, 1982-ci ildə nənəsini xilas edən türklərin şərəfinə “Kardaş” (“qardaş”) adını götürüb.

2001-ci ildə işğal olunmuş Azərbaycan ərazilərində qurulan separatçı rejimin “mədəniyyət nazirliyi"nin dəvəti ilə Şuşaya erməni diasporundan ilk rezident rəssam kimi gəlib və orada beş aydan bir qədər çox vaxt keçirib. Həmvətənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə qəddar hekayələrdən o qədər şoka düşüb ki, şəhəri cangüdənin müşayiəti ilə gəzib.

Amerikaya qayıtdıqdan sonra o, Azərbaycanın mədəniyyət paytaxtında yaşadığı təcrübələri təsvir edən "Vəhşi qəşəng: Qafqazın axmaq salnaməsi" adlı kitab yazıb. Bundan sonra ailəsi də daxil olmaqla, bəzi ermənilər onu xain, digərləri isə ən dürüst erməni yazıçı adlandırıblar. (Kitabın PDF versiyası burada)

O, uzun illər Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin (Robert Köçəryan və Serj Sərkisyanın) fəaliyyətlərini və Qarabağda törədilən cinayətləri tənqid etdiyi üçün Ermənistanda "vətən xaini" elan edilmiş və təqib olunmuşdur.

“Mən gördüklərimi yazmaya bilməzdim. Ermənilər azərbaycanlılara qarşı törətdikləri qəddarlıqları qəhrəmanlıq kimi təqdim edirdilər, bu isə dəhşətli idi”, - Kardaş Onniq deyir.

Onun kitabından bir hissəni təqdim edirəm, görün bu vəhşi millət nələr edib Azərbaycan xalqına:

“Sovet dövründə, Artsax sakinlərinə silah saxlamağa icazə verilməyəndə, 25 yaşlı Rafik doqquz azərbaycanlının başını çılpaq əlləri ilə əzib, sonra cəsədləri maşını ilə sürüyüb doğma kəndinə aparıb və orada basdırıb. O, şəxsi qəbiristanlığı ilə fəxr edir. Bir gün Rafik və mən 6-16 yaşlarında 11 uşağı piknikə apardıq. Rafik uşaqlara ağzı qızıl dişləri ilə dolu bir azərbaycanlını necə tutduğu (o, həmişə çoxlu qızıl dişləri olanları axtarırdı), oğlanın əl-ayağını bağladığı, bütün dişlərini çıxartdığı, ağzından qan axarkən dərin bir çuxur qazması üçün ona kürək verdiyi barədə bir hekayə danışdı. Sonra kürəklə başını əzib çuxura basdırıb”.

Onniq qeyd edir ki, erməni silahlıları azərbaycanlı mülki şəxsləri, o cümlədən qocaları və qadınları qətlə yetirdikdən sonra bu hərəkətləri ilə fəxr edirdilər. O, əsgərlərin öz aralarında “filan qədər türkü necə kəsdikləri” barədə söhbətlərini və bu qətlləri bir qəhrəmanlıq kimi bir-birinə danışmalarını dəhşətlə xatırlayır.

Onun şahidliyinə görə, Şuşa işğal edildikdən sonra şəhər sistemli şəkildə qarət olunub. O yazır ki, ermənilər təkcə qiymətli əşyaları deyil, evlərin qapı-pəncərələrini, dam örtüklərini belə söküb Ermənistana daşıyırdılar.

Müəllif bildirir ki, erməni komandirləri əsgərlərə azərbaycanlıları insan kimi deyil, “məhv edilməli olan obyektlər” kimi təqdim edirdilər.

O, Şuşada bir erməni əsgərin azərbaycanlı uşağın meyiti ilə necə rəftar etdiyini gördükdə mənəvi olaraq sarsıldığını və həmin an hər şeyi tərk edib getmək istədiyini bildirib.

“Mən ora bir erməni vətənpərvəri kimi getmişdim, amma ordan qatı bir antimillətçi kimi döndüm. Çünki gördüklərim insanlığa sığmırdı. Çünki qan içində boğulan körpələri və silahsız qocaların necə qətlə yetirildiyini gördükdən sonra heç bir ideologiya mənim gözümdə təmiz qala bilməzdi. Bizə uşaqlıqdan nifrət aşılanmışdı. Amma mən Qarabağda gördüm ki, bizim “qəhrəman” dediklərimiz əslində qatillərdir. Biz özümüzü qurban kimi təqdim edirik, amma mən orada gördüm ki, biz sadəcə cəlladıq”, - o yazır.

Son cümləsi isə belə bitir:

“Mən susa bilərdim və Amerikada rahat yaşaya bilərdim. Amma Şuşada gördüyüm o gözlər – öldürülən insanların baxışları hər gecə yuxuma girirdi. Mən bu kitabı və bu sözləri ona görə yazdım ki, erməni xalqı bilsin: bizim “qələbə” dediyimiz şeyin arxasında minlərlə günahsız insanın ahı var”.

Kitabı oxumağı hər kəsə tövsiyə edirəm, elə ermənilər özləri də oxusunlar.

https://drive.google.com/.../1DrgNXe2rISdcT4KXJe4.../view...

Müəllif: Prof.Dr.Zaur Əliyev

Tarix : 2026.01.20 / 08:00

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 21 Yanvar 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see280

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see275

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see222

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see214

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see210

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see196

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see192

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see184

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see179

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see175

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see171

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see165

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see152

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see150

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see149

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri