Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

İdeyasız qalan erməni lobbisi, diasporu yeni hədəf Vardanyanın pulları ŞƏRH

İdeyasız qalan erməni lobbisi, diasporu yeni hədəf Vardanyanın pulları ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan cəmiyyəti kimi lobbisi, diasporu, habelə havadarları da ideyasız, ideologiyasız və hədəfsiz qalıb.

Onillər boyu onlar “Qarabağın Ermənistana birləşdirilməsi”, “dənizdən-dənizə böyük Ermənistan” saxta və xülya “düşüncə sistemi” ətrafında birləşiblər. Həmin kütlə yüz ildən artıqdır türkləri özünə düşmən sayaraq, yanlış fəaliyyətlə məşğul olub. Onlar ictimai həyatlarını bu kimi mənasız “ideyalara” həsr ediblər.

Azərbaycanın Qarabağ və ətraf rayonları Ermənistanın işğalından azad etməsi dünya ermənilərinə vurulan bir tərs şapalaq idi. Bu hadisə onları Azərbaycan və türk torpaqlarını əraziləri kimi görmək yuxusundan, xülyasından ayıltdı.

Məlum oldu ki, ermənilərin heç bir ideyası yox imiş. Bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan “real Ermənistan” ideoloji layihəsini təqdim edib. İndi Ermənistanın düşüncəli insanları bu ideyanı müzakirə etməklə məşğuldur. On dörd maddəlik bu layihə ilə erməni cəmiyyətinin hədəfləri göstərilir. Bu yazıda “real Ermənistan”a münasibət bildirmək istəmirik.

Sadəcə, Ermənistan reallığından hələ də xəbərsiz olub, qəflət yuxusundan ayılmayanlar var. Onlar hələ də yüz il əvvəl erməni etnik qrupunun beyninə yeridilmiş cəfəng düşüncə sisteminin reallaşacağına inanırlar.

Belələrindən biri də Fransa Erməni Təşkilatları Koordinasiya Şurasıdır (CCAF).

Bu struktur Azərbaycana qarşı əsassız çıxışları ilə yadda qalıb. Şura fəaliyyəti ilə Ermənistan cəmiyyətindən çox, Fransa hakimiyyətinin tapşırıqlarını icra edir, rəsmi Parisin əlində alət olduğunu təsdiqləyir. Başqa sözlə CCAF Fransanın xarici siyasətinin vintciyi rolundadır.

Təşkilatın həmsədrlərindən biri Murad Papazyan, o biri isə Ara Toranyandır. Murad Papazyan 2024-cü ili dekabrında Fransanın “Fəxri legion” ordeni ilə təltif olunub. Bu, onun rəsmi Parisə yaxınlığının göstərən faktlardandır. Yaxud, 2019-cu ildə Ara Toranyan bildirirdi ki, Fransa prezidenti Emmanuel Makron Azərbaycana silah satmayacaqlarını onlara vəd edib. Şura bu yaxınlarda Fransa parlamentindən Azərbaycanı Beynəlxalq Məhkəməyə verməyi tələb edib.

Bu qurumun Fransa hakimiyyətinin çubuğu ilə fəaliyyət göstərdiyinin təsdiqləyən başqa bir hadisə isə martın 11-də baş verib. CCAF növbəti illik şam yeməyini təşkil edib. Tədbirdə 450 ictimai-siyasi xadimin, Fransa hakimiyyətindən isə daxili işlər naziri, deputatlar, senatorlar iştirak edib.

Həmsədrləri tədbirdə Azərbaycan və Türkiyəyə qarşı ənənəvi ittihamlar çıxış edərək, bu ölkələrin Zəngəzuru (Süniki) işğal etmək istəklərindən, Bakıda hərbi cinayətlərdə təqsirli bilinərək saxlanılan ermənilərin (onlar “erməni girovları” adlandırır) azad olunmasını tələb ediblər. Onlar çıxışlarında Azərbaycan rəhbərliyi barəsində “soyqırımı, etnik təmizləmə və dövlət terrorizmində məsuliyyətə görə” Beynəlxalq Cinayət Məhkəməsində araşdırmalara başlanılmasını, Azərbaycana silah satışına tam embarqo qoyulmasını, yüksək vəzifəlilərin sərvətinin dondurulması, hətta Azərbaycanın Fransadakı səfirliyinin bağlanması və diplomatik heyətin qovulmasını tələbini irəli sürüblər.

Qonaqlıqda Paris şəhərinin meri An İdalqo, daxili işlər naziri Brüno Retayyönun çıxışlarında əsasən bunları vurğulayıblar:

- erməni məsələsi Fransanın bütün siyasi partiyalarına aiddir;

- Ermənistanın aparmağa məcbur olduğu döyüşlər zamanı “dünya ictimaiyyətinin cəsarəti çatmadı. Yeganə ucalmış səs Fransanın səsi olub. Fransa hər zaman Ermənistanın yanında olub.

- Rəsmi Paris Avropa Sülh Fondunun əsas aparıcı qüvvəsi olub, Fransa gündəlik və tərəfdaşlığın təşəbbüskarıdır;

- Fransa İrəvan və Bakı arasında müzakirə edilən sazişi, Ermənistanın suverenliyi və bütövlüyünü qorumasını diqqətlə izləyir.

Qonaqlıqda Fransa rəsmiləri bunları da bildirib: “Mən, öz sağlamlığını və həyatını inamına görə təhlükəyə atan Ruben (Ruben Vardanyanı nəzərdə tutur) daxil olmaqla 23 nəfər barəsində düşünürəm. Mən onun barəsində düşünürəm və ümid edirəm ki, bu axşam səsləndirdiyim sözlər məhbusların azad olması Azərbaycana çatacaq”.

Parlamentin üzvü Loran Vokie: “Fransanın Ukraynada beynəlxalq qüvvələrinin olmasını istədiyi bir vaxtda, Ermənistanda da niyə olmasın? (...) Avropa Birliyi sülhməramlı qüvvə yaratmalıdır”.

Məşhur şam yeməyinin iştirakçılarının “cəfakeş” və “xeyriyyəçi” kimi qələmə vermək istədikləri Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və başqa maddələri üzrə təqsirləndirilir.

BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyində rəsmi olaraq bildirib ki, istintaqın gedişində heç bir pozuntu halının baş vermədiyni dərc edib.

Əsassız Həbslər üzrə İşçi Qrupu yekun olaraq bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il sentyabrın 27-si tarixli rəsmi məlumatında R.Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair “əsaslı şübhələr müəyyən olunduğu”na görə istintaqa cəlb olunması qeyd olunduğundan, məhkəmə hökmünədək təqsirliliyinə dair ifadələr ehtiva etmədiyindən istintaq olunan cinayət işi üzrə təqsirsizlik prezumpsiyası hüququnun pozulması halı müəyyən edilməyib.

Şura və onun kimi düşünənlər bu suala niyə cavab axtarmırlar: “Milyarder Ruben Vardanyanın Azərbaycan torpaqlarında nə işi var idi?” Beynəlxalq Cinayət Məhkəməsi ilə Azərbaycanı hədələyənlər başqa ölkənin torpaqlarında silahlı qruplaşmalara yaratmaq, terrorla məşğul olmaq və başqa bu kimi qanunsuz əməlləri unudurlar. Fikrimizcə, bu məsələdə korrupsiya şübhəsi də yox deyil.

Vardanyanın adı çirkli pulların yuyulması kimi müxtəlif cinayət işlərində hallanır. Onlardan biri məşhur “Troyka dialoqu”dur. Ona “Troyka pul yuma maşını” kimi ad da verilmişdi. Yaxud onun adının Avropa İttifaqının müxtəlif qurumlarında sistemlərin ciddi fəsadlar verə biləcəyini qeyd edirdilər.

Belə ehtimal etmək olar ki, Koordinasiya Şurası Ruben Vardanyanın milyardlarından “səmərəli istifadə etmək” üçün hələ belə şam qonaqlıqlarını çox təşkil edəcək.

Rusiya hakimiyyətinin yaratdığı şərait, bu ölkədə yaranmış hüquqi boşluqlar nəticəsində milyarder olmuş, onun vətəndaşlığından çıxarılmış Rubenin mənşəyi məlum olmayan milyardı meşə arısının pətəyini xatırladır. Diaspor və erməni havadarları rolunda çıxış edənlər də bu pətəyin başına toplaşaraq vızıldayaları xatırladır.

Çünki belə diaspor təşkilatları erməni iş adamları və zənginlərinin, cinayətkarların, yaxud müxtəlif cinayətlərdə təqsirli bilinənlərin pulları hesabına fəaliyyət göstərir. Onlar üçün reallıq, real Ermənistan, onun Azərbaycanla münasibətləri bir qayda olaraq ikinci planda olur.

Martın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb” açıqlaması dünya mediasının fləş xəbəri oldu. Yeri gəlmişkən, nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə rəsmi İrəvan Azərbaycanın təkliflərini qəbul edib: “Azərbaycanın İrəvandan növbəti gözləntisi Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir".

Elə həmin gün çox az fasilə ilə Ermənistan Xarici İşlər Nazirliyi bu bəyanatı təsdiqləyib: “İrəvan Azərbaycanla sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır”.

Fransa prezidenti Emmanuel Makron da iki ölkə arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb: “Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”.

Bu açıqlamalar koordinasiya şurasının Azərbaycana qarşı irəli sürdüyü iddiaları puç eləyir. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun iki ölkə arasında “sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək” kimi açıqlaması da bu və başqa belə diaspor təşkilatların, Ermənistanın havadarı rolunda çıxış edənləri siyasi-ideoloji cəhətdən tərk-silah edir.

“Qarabağ Ermənistandır”, “dənizdən-dənizə böyük Ermənistan” kimi xülyalardan sonra erməni diasporu indi də Ruben Vardanyan, yaxud Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinən 23 erməni ətrafında toplanıb, anti-Azərbaycan, anti-Türkiyə təbliğat kampaniyası aparır. Ermənistan cəmiyyəti kimi diasporda ideyasız, hədəfsizdir. Erməni diasporu, cəmiyyəti bir qayda olaraq uydurmalar ətrafında cəmləşib. İndi də “23”lərin ətrafına toplaşaraq fəaliyyət göstərərək, özlərini işgüzar kimi göstərməyə çalışırlar.

Sədrəddin Soltan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Mart 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri