Icma.az
close
up
RU
Erməni faşizmi nasizmin tərkib hissəsidir TƏHLİL

Erməni faşizmi nasizmin tərkib hissəsidir TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarixin müxtəlif dövrlərində imperiyalar qurmaq və böyük ərazilərə sahib olmaq iddiası ilə işğal siyasəti aparan vampirlər olub. Belə vampir, insan qanına susamış imperiya cəlladları ilə bağlı çoxsaylı misallar, sübutlar göstərmək olar. Ancaq bir diqqətçəkən məqam ondan ibarətdir ki, insan qanına susamış vəhşi vampirlər bəzi hallarda sakit, heç kimlə işləri olmayan sadə insanlara toxunmayıblar, tarixi abidələri, sənət əsərlərini, kitabları qoruyublar. Lakin erməni terror siyahısına nəzər yetirdikdə bir daha məlum olur ki, onlar tarixin ən vəhşi, amansız terrorçuları olublar. Erməni terror maşını heç bir sadə insan, qocaya, körpə uşaqlara, qadınlara rəhm etməyiblər, hamısını öldürüblər, min illik tarixi özündə yaşadan sənət əsərlərini, memarlıq nümunələrini məhv ediblər. Erməni terrorçu dəstələri Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı yaşayış məskənlərində bir nəfər də olsun mülki azərbaycanlını sağ buraxmadılar, şəhərləri, kəndləri yer üzündən sildilər, bir milyondan çox insanı ev-eşiyindən didərgin saldılar. Tarixi Azərbaycan əraziləri olan indiki Ermənistanda azərbaycanlılara aid bütün çoğrafi ərazilərin adları dəyişdirildi, türbələr, məscidlər, memarlıq nümunələri məhv edildi. Yalnız son 200 ildə indiki Ermənistan ərazisindən 2 mindən artıq Azərbaycan coğrafi adlarını müxtəlif yollarla – rəsmi köçürmə, silah gücü ilə yerlərindən çıxarmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb əhalini məhv etməklə siyahıdan – xəritədən silməyə nail oldular. Azərbaycan SSR XKS-in 20 yanvar 1940-cı il tarixli 57 saylı qərarına əsasən, təkcə 1940-cı ilin üç ayı ərzində Azərbaycana yalnız RSFSR-dən 3370 nəfər “fəhlə qüvvəsi” adı altında köçürülərək Bakıda iş və mənzillə təmin olunmuşdur. SSRİ XKS nəzdində iqtisadiyyat şürasının sədri A.Mikoyanın xüsusi canfəşanlığı və tapşırığı ilə 3370 nəfərdən 3220-si respublika əhəmiyyətli təsərrüfat idarələrində “əsasən rəhbər vəzifələrə təyin edilmişdir”.

Hiyləgər erməni planının ifşa olunması

Bakıda yaradılmış köçürülmə şöbəsinə başçılıq edən N.Mirzoyan fürsəti əldən verməyərək “əzabkeş”, “başı min bir bəlalar çəkmiş” ermənilərin də Bakıda mənzil və işlə təmin edilməsinə əlverişli şərait yaratmışdır. Fəaliyyət göstərən şöbə 1940-cı ilin ikinci rübündə Qarabağdan 1440 erməninin Bakıya köçürülməsinə şərait yaratdı. Həmin illərdə Azərbaycanın şəhər, qəsəbə, rayon və kəndlərindən Bakıda qeydiyyata düşmək dövlət səviyyəsində qadağan olunmuşdu. A.Mikoyanın göndərdiyi məktuba əsasən 1941-ci ildə 211 nəfər Stalinqraddan, Rostovdan Rusiyanın digər bölgələrindən Azərbaycana köçürülmüşdür. 1941-ci ilin sonlarında SSRİ XKS nəzdində köçürmə idarəsinin rəisinə göndərilən məktubda Rusiyanın ayrı-ayrı bölgələrindən 354 ailə Əli Bayramlı, Xaçmaz rayonlarında yerləşdirilmişdir. 1942-ci ildə Dağıstandan 900 ailə Azərbaycana köçürülmüşdür. Köçürülənlər əsasən ruslar, ermənilər və Dağıstandan gələnlər idi. Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi fürsətini əldən verməyən ermənilər ilk dəfə 1943-cü ildə üç böyük dövlətin (SSRİ, ABŞ, İngiltərə) iştirak etdiyi Tehran konfransı zamanı (28 noyabr- 1 dekabr) əldə etdilər.

1945-ci ilin aprelində dünya ermənilərinin patriarx-katalikosunun müavini Georq (Çeorskiyan) ərizə ilə Stalinə müraciət edərək dünya ermənilərinin dini mərkəzi olan Eçmiədzin monastırının fəaliyyətinə icazə verməsi üçün razılıq istəyir. Aprelin 19-da Stalin öz xətti ilə “razıyam” yazandan sonra SSRİ XKS 1945-ci ilə noyabrın 21-də xüsusi qərarında xaricdən ermənilərin gəlməsinə razılığını bildirmişdir. 1946-cı ilin yanvarında 130 min erməni Ermənistana köçmək üçün Moskvaya müraciət edir.

1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9 min nəfər,1947-ci ildə Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir və Livadan 35,4 min erməni Ermənistan torpaqlarında yerləşdirilir (Vəliyev. I, Muxtarov. K, Hüseynov. F. Deportasiya. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası. Bakı, 1998). Bununla kifayətlənməyən ermənilər və Ermənistan KP MK- nın birinci katibi Q. Arutyunov yaranmış vəziyyəti əldən verməyərək 100 min azərbaycanlı əhalinin azərbaycana köçürülməsinə Stalinin razılıq verməsini xahiş edir. A. Mikoyanın canfəşanlığının nəticəsində erməni lobbisi azəri-türklərin yaşadıqları dədə-baba yurdlarından Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi üçün zəmin hazırlanmasına nail oldu. 1945-ci il oktyabr 20-də SSRİ XKS 2264 saylı qərar qəbul etmişdir. Bu azmış kimi Q. Arutyunov 1945-ci ilin 28 noyabrında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklifini ÜİK /b/ PMK-nın sərəncamına verdi. Stalin həmin məktubu Malenkova, o isə öz növbəsində cavab üçün onu Azərbaycan rəhbərliyinə göndərdi ki, Ermənistan K/b/ PMK-nın təklifinə öz münasibətini bildirsin.

Azərbaycan hökuməti 1945-ci il dekabrın 10-da 330 saylı sənədlə göndərilən cavabında erməni hökumətinin irəli sürdüyü bütün iddialarının əsassız olduğunu göstərdi. M.Bağırov qeyd etmişdi ki, Dağlıq Qarabağın ərazisi Qarabağ xanlığının ərazisində olmuşdur və xanlığın mərkəzi də Pənahabad /Şuşa/ idi. Bu qala Qarabağ xanı Pənah xan tərəfindən tikilmişdir. 1826-cı ildə bu xanlıq çar Rusiyasına birləşdirildikdən sonra indiki DQMV-nin ərazisi Yelizovetpol quberniyasının Şuşa, Cavanşir, Qaryağın (indiki Füzuli) və Qubadlı qəzalarının tərkibində idi. 1918-1920-ci illərdə bütün Qarabağ ərazisində mərkəz Şuşa olmaqla Qarabağ general-qubernatorluğu təşkil edildi. Daşnak bandaları Şuşa və digər şəhərləri dağıdıb oda qərq etdilər. 1923-cü ildə Qarabağın dağlıq hissəsinin – ermənilərin çox olduğu yerin Ermənistana birləşdirilməsi məsələsi ortaya atıldı. Bu ərazinin Ermənistanla ümumi əlaqəsi olmadığına və bura Qubadlı, Laçın, Kəlbəcər, Dəstəfur rayonları ilə ayrı olduğuna, burada əhali azərbaycanlılardan ibarət olduğuna görə Azərbaycan MİK-nın 1923-cü il 7 iyul tarixli dekreti ilə mərkəz Xankəndi olmaqla DQMV yaradıldı. Dağlıq Qarabağ ərazisi cəhətdən Ermənistanla heç vaxt yaxın olmayıb. M. Bağırov ÜİK/b/ PMK-nın nəzərinə bunları çatdırdı ki, Dağlıq Qarabağın Ermənistana daxil edilməsi məsələsinə baxarkən, eləcə də əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət olan və bizim sərhədlərə yaxın olan Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının tərkibinə qatılması məsələsinə də baxılsın. UİK/b/ PMK-dan xahiş olunurdu ki, bu məsələlərə də baxılsın. Gürcüstan hökuməti də Azərbaycanın Balakən, Zaqatala və Qax rayonlarının onlara verilməsi məsələsini qaldırır. Bu bölgədə 79 min əhalidən 9 mini gürcü-inqiloylardır. Biz bunun baxılmasına da etiraz etmirik. O halda ki, Gürcüstanın tərkibində olan Borçalı rayonunun Azərbaycana birləşdirilməsinə baxılsın. Azərbaycanın tərkib hissəsi olmuş Bakı quberniyasına daxil olan Dərbənd və Qasımkənd ərazilərini Azərbaycanın tərkibinə daxil edilməsi məsələsinə də baxasınız. Onlar maldarlıqla məşğul olur və ilin 9 ayını bizim ərazidə olurlar. M. Bağırovun bu əsaslı cavabı çoxlarını susdurdu. Irəli sürülən bu şərtlər, Ermənistan bir yana, heç mərkəzi də təmin edə bilmirdi.

İndiki Ermənistan qədim dövrdən Azərbaycanın tərkib hissəsi olub

İndiki Ermənistan qədim dövrdən Azərbaycanın tərkib hissəsi olmuş və burada yaşayan əhali türksoylu olmuşdur. Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan quberniyası ərazisində yaratdığı dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl “Ermənistan” adı məlum deyil (B.Budaqov, Q.Qeybullayev. Ermənistanda türk mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998, s. 19). Lakin tarixən “erməni” etnonimi ermənilərin özünü adlandırması olan “hay” etnonimi ilə üst-üstə düşmür. Haylar Ərməniyyədə - indiki Ermənistan ərazisində heç vaxt etnik çoxluq təşkil etməmişdir. Ermənilərin Ermənistan adlandırdıqları “Hayastan” adı XX əsrin 20-ci illərində yaranmışdır. Tarixdə qeyd edilir ki, ermənilərin əcdadları e.ə. XII-VII əsrlər arasında Balkan yarımadasından gələrək Kiçik Asiyanın şərqində, e.ə. XIV əsrdən məlum olan Hayasa və Arm əyalətlərində məskunlaşdılar. Urartunun hökmdarı e.ə. IX əsrdə Şərqi Anadoluda Van gölü ərazisində yaranmış bu iki əyaləti də işğal etmişdir.

Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin növbəti mərhələsi olmuşdur. O zaman sovetlər Qarabağda ermənilərin törətfikləri vəhşiliklərə göz yumurdular. Hətta erməni cinayətkarlarına qarşı qaldırılan cinayət işləri Moskvadakı erməni vəzifə mənsublarının təsiri və təzyiqi ilə aradan qaldırılırdı. Bu gün də təəssüf hissi ilə qeyd etmək laızmdır ki, o zaman baş vermiş erməni terror hadisələri ilə bağlı cinayət işlərinin bəziləri bərpa olunmayıb. Düzdür, Hərbi Məhkəmədə aparılan məhkəmə prosesində bəzi erməni hərbi cinayətkarların işiləri üzrə məhkəmə prosesi gedir, lakin bu siyahı tam deyil. Hələ də ötən əsrin 90-cı illərində ermənilərin terror aktları törətməklə çoxsayı azərbaycanlını qətlə yetirən ermənilər azadlıqdadılar. Yaxşı olardı ki, İnterpo xətti ilə onlar həbs olunsunlar və Azərbaycan hüquq sistemi əsasında mühakimə edilsinlər. Yarımçıq olan cinayət işindən biri haqqında: 1991-ci il sentyabrın 8-də saat 15-30 radələrində, Xocavənd rayonu Gişi kənd ferması ərazisində Qaradağlı kənd sakinlərini aparan avtobus erməni quldurları tərəfindən avtomat silahlarla atəşə tutulur. Atəş nəticəsində kənd sakinləri Hüseynova Rəhilə Şahmar qızı, Hüseynova Rəxşəndə Bayram qızı, Quliyev Əlioğlan Əliaslan oğlu, Hüseynova Qənirə Həmid qızı və Quliyeva Nazənin Rəşid qızı qətlə yetirilir 32 nəfər Xocavənd rayonunun Qaradağlı kənd və 2 nəfər Ağdam rayon sakinləri yaralanır.

Cinayət faktı ilə əlaqədar 1991-ci il sentyabrın 10-da Şuşa şəhərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri üzrə 33602 saylı cinayət işi qaldırılır. Araşdırmalara başlayırlar.

1949-cu il təvəllüdlü, həmin dövrdə N.Nərimanov adına kolxozda iqtisadçı işləmiş Bayramov Məhəmməd Rəşid oğlu izahatından: “1991-ci il sentyabrın 8-də digər kənd sakinləri ilə birlikdə Hüseynov Zülfüqar Həmzə oğlunun idarə etdiyi “UAZ-420217” markalı, 02-51 AQX dövlət nömrə nişanlı avtobusla Ağdam rayonundan Qaradağlı kəndinə gələrkən Gişi kəndi ərazisində müxtəlif istiqamətlərdən avtomat silahları ilə bizi atəşə tutdu. Bir neçə dəqiqə sonra həmin əraziyə “UAZ” markalı, onun arxasınca isə ağ rəngli, “Moskviç-412” markalı nömrəsiz maşınlar gəldi. Maşınlar dayandıqdan sonra, Xocavənddən olan Xaçaturyan Valod, Gişi kəndindən olan Arustamyan Armon, Ağ kənddən olan Mersik adlı oğlanı, Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saron, eləcə də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşa orada idi. Hamısının əlində avtomat var idi”.

Yarımçıq qalan cinayət işləri, onların bərpa olunmasının zamanı yetişib

1991-ci il sentyabrın 8-də Xocavənd rayonuna ezam olunmuş polis əməkdaşları, Quliyev Vaqif Nuru oğlu, Şirinov İxtiyar Narkom oğlu və Mehdiyev Murad Mehdi oğlu “UAZ-469” markalı maşınla kənd istiqamətində hərəkət edərkən Xocavənd yaxınlığında atəşə tutulur və yaralanırlar. 1991-ci il sentyabrın 8-də Xocavənd rayon Prokurorluğu tərəfindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15 və 95-ci maddələri ilə 63413 saylı cinayət işi qaldırılır və hadisənin eyni tarixdə və ərazidə baş verməsi ilə əlaqədar materiallar 33062 saylı cinayət işinə əlavə edilir.İş üzrə aparılmış istintaq tədbirləri zamanı hadisəni törətmiş Xocavənd rayon sakini Xaçaturyan Valodun, Gişi kəndindən olan Arustamyan Armonun, Ağkənddən olan Mersikin Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saronun, eləcə də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşanın cinayətin törədilməsində əməllərinin tam sübuta yetirilməsi Dağlıq Qarabağ regionundakı dövlət strukturlarının Azərbaycan Respublikasının hakimiyyət orqanlarına tabe olmamaları ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi mümkün olmadığına görə, cinayət işi 1992-ci il yanvarın 9-da dayandırılır.

28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildəŞuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. 1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.

Göründüyü kimi, ermənilərin vəhşiliyi, törətdikləri cinayətlərin miqyası genişdir. Onların, xüsusilə də hələ də azadlıqda olan koçaryanların, ohanyanların, sarkisyanların və digər “yan”ların tutularaq Azərbaycan istintaq orqalarına təhvil verilməsi üçün gərgin işin aparılmasına ehtiyac var. Ancaq ümid edir, həm də əminik ki, cinayətkar erməni terorçuları harada gizlənmələrindən asılı olmayaq gününü birində həbs olunaraq Azərbaycanın ədalət mühakiməsinə veriləcək.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see286

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see200

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see169

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see145

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see144

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see141

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see140

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see140

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see138

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see137

Azər Bağırov Gəncə klubunun rəhbərliyinə gətirildi

01 Oktyabr 2025 16:12see133

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see133

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see131

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see130

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see130

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see125

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see124

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see123

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri