Icma.az
close
up
RU
Erməni hərbçilər diversiya təlimləri keçir yeni savaşa hazırlıq?

Erməni hərbçilər diversiya təlimləri keçir yeni savaşa hazırlıq?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir; İran susur, Rusiya ABŞ ilə Ukrayna danışıqlarına diqqət kəsilib, Azərbaycan narazıdır; Bakıdan etirazlar

Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir. APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb. Məlumata görə, Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.

Yada salaq ki, yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Azərbaycan bu sazişi İrəvanın regionda sülh və sabitliyə xidmət etməyən son dərəcə riskli addımı kimi qiymətləndirir. Çünki sənəddə bir çox sahələr üzrə ABŞ-ın Ermənistana göstərəcəyi dəstək elementləri müəyyən mənada əksini tapıb. İki ölkə arasında məlum sənəddən əvvəl də ABŞ və Ermənistan hərbi sahədə əməkdaşlıq edirdi. Rəsmi Vaşinqtonun hərbi strukturlarının Ermənistan Müdafiə Nazirliyində fəaliyyət göstərməsi, müxtəlif zamanlarda iki ölkənin silahlı birləşmələrinin birgə təlim keçirməsi, hətta təlim müddəti bitdikdən sonra həmin hərbçilərin ABŞ-a geri qayıdıb-qayıtmamasının məlum olmaması buna nümunədir. Belə iddialar da var ki, ABŞ-ın hərbi bölüyünün bir hissəsi hazırda da Ermənistandadır.

Qeyd edək ki, ötən ilin yayında Ermənistanda “Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri keçirilmişdi. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirdilər. Ermənistanda hərbi bazası olan Rusiyanı da qıcıqlandıran bu hərbi əməkdaşlığın intensiv xarakter alması təbii ki, narahatlıq doğurur. Təsadüfi deyil ki, Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanını tərk edən kimi, ABŞ-ın hərbi təyinatlı yükləri hava limanına endi. Bunun ardınca Qərbi Zəngəzurda ABŞ-a məxsus hərbi bazanın qurulacağı xəbəri dövriyyəyə buraxıldı. Bu ərazi həm də İranın “qulağının dibi” sayıla bilər.Maraqlısı budur ki, İran da bütün bu proseslərə biganə qalmaqdadır.

Ekspertlər necə düşünür, Ermənistan-ABŞ hərbi əməkdaşlığı Azərbaycan üçün hansı təhlükələr vəd edir? Faktiki olaraq İrəvanın təhlükəli layihələrdə yer alması gərginliyi tətikləyir. Bu durumda isə İran susur, Ermənistandan çıxarılması planı işə salınan Rusiya ABŞ-la Ukrayna danışıqlarına diqqət kəsilib, Azərbaycan təbii olaraq narazıdır. Çünki birgə təlimlərin həyata keçirilməsi ilə paralel şəkildə Ermənistan döyüş mövqelərini gücləndirir.

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirdi ki, əvvəlki administrasiya, xüsusən USAİD Ermənistana xüsusi diqqət yetirirdi: “Blinkenin son iş günlərində Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzalaması, USAİD-in Ermənistana ayrılan yardımları 120 milyondan 250 milyona qədər artırması və sair məsələləri nəzərdə tuturam. Bundan əvvəl USAİD rəhbəri Samanta Paur tərəfindən təşkil olunan "demokratiya sammitlərinə" Paşinyanın dəvəti, “erməni soyqırımının” tanınması və s. Bütün bunlar Bayden administrasiyasının erməniçiliyə xüsusi diqqətinin nəticəsi idi. Hazırda bəzi əvvəldən planlaşdırılan layihələr davam edir". S.Məmmədovun sözlərinə görə, baxmayaraq ki, ABŞ xarici yardımları müvəqqəti olaraq dondurub, amma bu hərbi xarakterli yardımları əhatə etmir. Bu baxımdan hazırda “Hoenfels” hərbi bazasında keçirilən “Joint Resolve-2025" hərbi təlimlərində Ermənistanın hərbi polisinin kiçik qrupunun iştirakından o qədər də narahat olmağa dəyməz: "Bununla belə, bu, Ermənistan üçün çox vacibdir. Ermənistan hakimiyyəti və erməni lobbisi yeni administrasiya ilə əlaqələrin möhkəmləndilməsi üçün ciddi səylər göstərir və onu da nəzərə almalıyıq ki, yeni administrasiyada da xeyli erməni lobbisi ilə əlaqəsi olanlar var. Ermənistanın ABŞ və Avropa İttifaqı ilə hərbi əməkdaşlığı genişləndirməsi ilk növbədə Rusiyanı narahat etməlidir. Amma görünən budur ki, Rusiya Ermənistanın bütün demarşlarına, o cümlədən hərbi sahədə Rusiyaya düşmən olan dövlətlərlə əməkdaşlığına tolerant münasibəti davam etdirir. Görünür, onlar bunun sadəcə bir imitasiya olması qənaətindədir. Azərbaycan sülh məsələsini gündəlikdən çıxarmayıb və çıxarmağa da hazırlaşmır. Ermənistan isə hələ də mövqeyini müəyyənləşdirə bilməyib. Hələ də rəsmi İrəvanın verdiyi bəyanatlar və açıqlamalarla əməlləri arasında kəskin fərqlər qalmaqdadır. Ona görə də biz sülh planımızı saxlamaqla regionda baş verəcək istənilən gedişata hazır olmalıyıq".

Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı qeyd etdi ki, Ermənistanla ABŞ arasında əməkdaşlıq xartiyası imzalanandan sonra Ermənistan hərbçiləri bu ölkədə keçirilən təlimlərdə iştirak edir: “Bu, artıq intensiv xarakter alacaq. Ermənistanda da ABŞ hərbçilərinin əməkdaşlıq çərçivəsində hərbi tədbirlərə qatılacağı istisna deyil. Əlbəttə, ilk növbədə bu cür əməkdaşlıq Azərbaycanı narahat etməlidir. Azərbaycan da NATO çərçivəsində ABŞ-la belə hərbi əməkdaşlıq içərisində olmalıdır ki, müəyyən riskləri azalda bilsin”. İranın sükutlu mövqeyinə gəlincə, Q.Çaxmaqlı hesab edir ki, rəsmi Tehranın bu mövqeyi suallar yaradır: “Cənub qonşumuzun nədən bu gəlişmələrə reaksiya verməməsi suallar doğurur və ehtimal ki, İranla Ermənistan arasında bu, müəyyən gərginlik yaradacaq. Güman ki, yaxın günlərdə İranın reaksiyasının nə olacağının şahidi olacağıq. Amerika ilə əməkdaşlığı İranın maraqlarından üstün tutmasının iki ölkə arasında gərginliyə səbəb olacağını düşünürəm”.

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan hərbiçilərinə ABŞ hərbçilərinin diversiya və hücum təlimləri keçirməsi adı ilə bu ölkədə yerləşməsi Tehrana qarşı Vaşinqtonun hərbi addımlarının bir hissəsidir: “Həmçinin bu, Rusiyaya qarşı prosesin tərkib hissəsidir. Amma məsələnin digər tərəfi var ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Bu ölkədə revanşist əhval-ruhiyyəsi qalmaqdadır. Ermənistan ordusunun təkmilləşdirilməsi bir növ Azərbaycan üçün də müəyyən yeni çağırışlardır. Göründüyü kimi, Ermənistan regionda militarist siyasət aparır və regional təhlükəsizliyi təhdid edir. Avropa İttifaqı mülki missiyasına qoşularaq erməni hərbçiləri sərhədə yaxınlaşıb, müşahidələr aparır”. M.Əsədullazadə ABŞ-ın Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə sövq edəcəyini düşünmür. Amma hesab edir ki, ABŞ hərbçilərinin Ermənistanda qalması İran üçün təhdiddir: “Tehran rejimi hesab edir ki, bu, Azərbaycana və Rusiya aiddir. Amma erməni rəsmilər Tehranı aldadır. Hər iki tərəf yalan diplomatiya siyasəti həyata keçirib. İran bir də ayılacaq ki, Ermənistandan İran izlənilir. ABŞ üçün İran siyasəti prioritet təşkil edir. Ona görə də Tramp Ermənistanla strateji tərəfdaşlığı məhz İrana qarşı olduğunu bildiyinə görə hərbiçilərin Ermənistanda qalmasına "yaşıl işıq" yandırıb. İran vətəndaşları Ermənistana gəlir. Onlar ABŞ kəşfiyyatının toruna keçir və əməkdaşlığa cəlb olunurlar. Ermənistan ABŞ-ın İran siyasətində bir növ platsdarm olacaq. İran isə “təhlükə”ni Azərbaycandan görür. Halbuki İranın dərdi Azərbaycanın güclənməsidir. Tehran rejimi bilir ki, Azərbaycandan ona təhdid olmayacaq. Sadəcə, müstəqil Azərbaycan İran üçün təhlükə qəbul edilir. Bu da onların primitiv və türkofob siyasətindən irəli gəlir".

E.PAŞASOY,
“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see131

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see130

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see124

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see122

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see121

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see120

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see118

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see118

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see117

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see115

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see115

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see113

“Sabah”ın prezidenti: Əliyar Ağayev meydandadır və epizodu görməyə bilər, bəs VAR niyə görmür? VİDEO

11 Aprel 2025 12:52see111

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see111

BANK KARTLARINDANKI PULLARIMIZ NECƏ OĞURLANIR? Ekspert şok detalları AÇIQLADI

11 Aprel 2025 16:22see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri