Şimali Kiprin TDT yə tamhüquqlu üzvlüyünün vaxtı çatıb NAZİR
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının Əmək, Məşğulluq və Sosial Müdafiə Nazirlərinin I iclası keçirilib.
Şimali Kipr Türk Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Oğuzhan Hasipoğlu “MediaTürk” TV və Modern.az-a özəl açıqlamalar verərək türk dünyasına önəmli mesajlar çatdırıb.
Hasipoğlu iclasda Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Vedat Işıkhanın Şimali Kipr Türk Respublikasının illərdir embarqo altında saxlanılmasının qəbuledilməz olduğunu vurğulamasına görə təşəkkür edib
“Cənab Vedat Işıkhanın Şimali Kipr Türk Respublikasının embarqo altında əzilməsinə izn verilməyini açıqca ifadə etməsi bizim üçün son dərəcə qiymətlidir. Bu sadəcə açıqlama deyil, Şimali Kiprin Türk Respublikasının haqlı mücadiləsinin türk dünyası nəzdində güclü bir taleyidir”.
Nazir, xüsusilə vurğulayıb ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatına tam üzv kimi qəbul edilməsinin vaxtı çatıb:
“Bu tələb siyasi duruş deyil, tarixi bir zərurətdir. Şimali Kiprin TDT-yə tam üzvlüyü qaçılmazdı. Türk dünyası ailəmizin içərisində güclü, bərabərhüquqlu və hörmətli bir yer tutmaq istəyirik.
Rum tərəfinin hər beynəlxalq platformada Şimali Kipri kənarda saxlamağa yönəlmiş addımlar atdığını bildirən Hasipoğlu bu cəhdlərin artıq daha sərt və qəti şəkildə cavablandırılmalı olduğunu vurğulayıb:
“Rum tərəfinin bizi platformalardan kənarlaşdırmaq, haqlarımızı əlindən almaq cəhdləri artıq tolerantlıqla qarşılanmamalıdır. Şimali Kipr konstitusiyası, institutları və dövlət ağılı ilə güclü bir Türk dövlətidir. Bizi yox sayma təşəbbüslərini qəbul etmirik”.
Hasipoğlu Türkiyə və Azərbaycanın Şimali Kiprə verdiyi dəstəyi “strateji bir həmrəylik” kimi qiymətləndirərək belə deyib:
“Azərbaycan və Türkiyədən gördüyümüz dəstək bizə güc verir və bizi qürurlandırır. Şimali Kipr Türk Respublikası Türk dünyasının ayrılmaz bir parçasıdır və bu ailə içində daha güclü bir mövqe hədəfləyirik”.
Serdar Şengül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















