Erməni iş adamı ilə birgə zəhərli içki buraxan azərbaycanlı 9 il müddətinə azadlıqdan məhrum edildi...
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Samara şəhərində erməni iş adamı Artem Ayrapetyanla birgə zəhərli məhsullar tədarük edən azərbaycanlı Anar Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Moderator.az bu haqda "Kommersant" nəşrinə istinadla xəbər verir.
Anar Hüseynov ölümcül “Mister Sidr” alkoqollu içkisini istehsal etməkdə təqsirli bilinib.
İçkinin hazılanması üçün lazımi məmulat təchiz edən Artyom Ayrapetyan isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edilir ki, Rusiyada sözügedən içkidən kütləvi zəhərlənmə 2023-cü ilin yayında baş verib. İçkinin tərkibində 50 nəfərin ölümünə səbəb olan metil spirti aşkar edilib.
Anar Hüseynov və Artem Ayrapetyan “Mister Sidr” içkisinin istehsalı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər olublar. Hər ikisi sui-qəsd yolu ilə qrup halında hərəkət etmək ittihamını rədd edərək, qismən təqsirli bilinib.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















