Erməni nazir: Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycan benzininin Ermənistan bazarında daha ucuz qiymətə satılacağını müsbət məqam hesab edir.
"Report" xəbər verir ki, bu barədə Papoyan sosial şəbəkədə paylaşdığı videomüraciətdə deyib.
"Elə indicə mətbuatda Azərbaycandan premium sinif benzinin 430 drama (1,13 ABŞ dolları - red.) satılacağı barədə məlumat gördüm, halbuki ölkəmizdə belə benzinin qiyməti adətən 500-520 dram (1,32-1,37 ABŞ dolları - red.) təşkil edir. Yəni o, daha aşağı qiymətə satılacaq ki, bu da yaxşı haldır", - o qeyd edib.
"Əlbəttə, mən bəzi vətəndaşların bu benzini almaq niyyətində olmadıqları barədə paylaşımlarını da gördüm. Əziz vətəndaşlar, siz azadsınız. Bizim məqsədimiz sizin sərbəst şəkildə istədiyiniz benzini seçib ala bilməyinizi təmin etməkdir", - Papoyan qeyd edib.
O, dövlətin vəzifəsinin bazarı geniş çeşid və fasiləsiz təchizatla təmin etmək olduğunu vurğulayıb.
"Dövlətin vəzifəsi müxtəlifliyi, sabit təchizat marşrutlarını, benzin və digər malların əlçatanlığını, yüksək keyfiyyəti və həcmlərlə bağlı saxtakarlığın olmamasını təmin etməkdir. Qalan hər şey artıq sizin öz seçiminizdir", - nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Dekabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















