Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Erməni millətçiliyinin tarixi yuvası islah edilir

Erməni millətçiliyinin tarixi yuvası islah edilir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Eçmiədzin xaricdəki dayaqlarını da itirir

İrəvan hökuməti ilə Eçmiədzin arasında dərinləşən uçurum Nikol Paşinyanın siyasi rəqiblərinə qarşı apardığı sistemli mübarizədə növbəti taktiki, strateji qələbəsinin konturlarını aydın şəkildə cızır. Kilsənin hakimiyyətə qarşı başlatdığı və müqəddəs müharibə ritorikası ilə bəzədilmiş siyasi kampaniyaların iflasa uğraması fonunda baş nazirin institutlaşmış din xadimlərinə qarşı tətbiq etdiyi əks-hücum strategiyası real bəhrəsini verir.

Erməni Apostol Kilsəsinin İsveçrə və Rumıniya yeparxiyalarından gələn son bəyanatlar ilk baxışda Eçmiədzinə və şəxsən II Qareginə sədaqət andı kimi görünsə də, əslində, kilsə iyerarxiyasında hökm sürən dərin təşvişin, parçalanma qorxusunun, katolikosun nüfuzunun sürətlə əriməsinin ən bariz göstəricisidir. Nikol Paşinyanın amansız siyasi gedişləri qarşısında müxalifətin istifadə etməyə çalışdığı din kartı nəinki işləmədi, əksinə, hökumət rəhbəri oyunun ssenarisini şəxsən diktə edən tərəfə çevrilərək prosesləri öz xeyrinə idarə etməyə müvəffəq oldu.

Tarixi təcrübə və siyasi məntiq sübut edir ki, özünə inanan və monolit strukturlar tabeçiliklərində olan qurumlardan mütəmadi olaraq ictimai şəkildə sədaqət andları tələb etmirlər. İsveçrədəki erməni kilsəsi yeparxiyasının yaydığı rəsmi açıqlamada nifaq toxumu səpən təzahürlərin rədd edilməsi və II Qareginə sadiqlik vurğusu pərdə arxasında gedən ciddi proseslərin üzə çıxan kiçik hissəsidir. İsveçrə icmasının dindar üzvlərinin sülh şəraitində yaşamasını arzu etmək və onları vahid yumruq kimi birləşməyə çağırmaq, faktiki olaraq icma daxilində ciddi parçalanmanın, fikir ayrılıqlarının mövcudluğunu rəsmi şəkildə təsdiqləyir.

Rumıniya yeparxiyasının ruhaniləri tərəfindən səsləndirilən oxşar məzmunlu bəyanat da tamamilə eyni məntiqə əsaslanır. Hər iki Avropa ölkəsindəki dini strukturların eyni vaxtda, sanki vahid təlimatla hərəkətə keçməsi II Qareginin diplomatik və inzibati resurslarını səfərbər edərək öz hakimiyyətini və taxtını qorumağa çalışdığını göstərir.

Qeyd olunan bəyanatların vaxtı və geosiyasi konteksti xüsusi diqqət tələb edir. Ötən ilin dekabrında erməni katolikosunun İsveçrə və Fransaya reallaşdırdığı səfərlər rəsmi versiyada pastoral və dini xarakter daşısa da, siyasi kluarlarda sos siqnalı, xarici dəstək axtarışı kimi qiymətləndirilir. II Qareginin Avropaya səfəri ərəfəsində Ermənistan mediasında yayılan sızmalar Paşinyan hakimiyyətinin kilsə daxilində beşinci kolon yaratmaq planlarını ifşa etmişdi. Məlumata görə Nikol Paşinyan dar çevrədə apardığı məxfi müzakirələrdə II Qareginə qarşı üsyanı təşkil edəcək və onu istefaya məcbur edəcək loyallıq nümayiş etdirən ruhanilər qrupunun artıq formalaşdırıldığını bildirib. Hakimiyyətin maraqları naminə fəaliyyət göstərən həmin qrup Eçmiədzinin daxili nizamnaməsinə və əsrlərlə formalaşmış iyerarxiyasına zərbə vurmaqla kilsəni siyasi iddialardan əl çəkməyə vadar etməlidir. Paşinyanın planı sadə lakin dağıdıcı təsirə malikdir.

Ermənistan mətbuatının, xüsusilə Joxovurd qəzetinin iddialarına əsasən Paşinyan administrasiyası katolikosun mümkün varisi postu üçün konkret namizədlər üzərində dayanıb və bu istiqamətdə gizli danışıqlar aparır. Siyahıda ABŞ-da Erməni Kilsəsinin Qərb Yeparxiyasının rəhbəri, arxiyepiskop Ovnan Ter-Tertyan və Kilikiyanın Böyük Evinin katolikosu I Aramın adlarının hallanması İrəvanın strategiyasının qlobal miqyasını göstərir. O.Ter-Tertyanın namizədliyi ABŞ erməni icmasının nəhəng maliyyə resurslarına və siyasi təsirinə çıxış əldə etmək baxımından Paşinyan üçün cəlbedicidir.

Amerikanın qərb sahilindəki varlı erməni lobbisi ilə sıx, işgüzar əlaqələri olan Ter-Tertyan həm də müasir idarəçilik üslubu ilə seçilir ki, həmin xüsusiyyətlər onu Paşinyan üçün mühafizəkar və Rusiya meyilli II Qaregindən daha arzuolunan tərəfdaş edir. Digər tərəfdən, Kilikiyanın Böyük Evinin katolikosu I Aramın adının gündəmə gətirilməsi Paşinyanın parçala və hökm sür siyasətinin bariz nümunəsidir.

II Qareginin Avropa turnesi və oradan gələn tələsik dəstək bəyanatları kilsə rəhbərinin dərin təşviş içində olduğunu göstərir. O, çox yaxşı anlayır ki, Paşinyan hakimiyyəti əvvəlki rəhbərlərdən, xüsusilə Köçəryan və Sarkisyan klanlarından fərqli olaraq, kilsəyə toxunulmaz, müqəddəs və dövlətüstü institut kimi yanaşmır. Paşinyan üçün kilsə, sadəcə, vergi ödəməli olan iri təsərrüfat subyekti, iqtisadi korporasiya və potensial siyasi rəqibdir. Baş nazirin parlamentdəki çıxışlarında ruhanilərə ünvanladığı Allahın vergiyə ehtiyacı yoxdurmu şəklindəki ritorik və ironik sualı kilsənin iqtisadi immunitetinin ləğv ediləcəyinin açıq anonsu idi.

Prosesin gedişatı göstərir ki, kilsənin təşkil etdiyi etiraz aksiyaları, xüsusilə arxiyepiskop Baqrat Qalstanyan tərəfindən başladılan “Vətən naminə Tavuş hərəkatı” gözlənilən rezonansı doğurmadı və hakimiyyət üçün ciddi təhlükəyə çevrilə bilmədi. Paşinyan komandası sözügedən hərəkatı keçmişin qalığı, revanşist cəhd, Rusiyanın sifarişi kimi təqdim edərək cəmiyyəti ruhanilərə qarşı kökləməyi və onları marjinallaşdırmağı bacardı. Baş nazir kilsənin Qarabağ klanı və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrini qabardaraq onu milli təhlükəsizliyə təhdid kimi xarakterizə edir. Qərbmeyilli siyasət yürüdən və Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan Paşinyan üçün Eçmiədzin Moskvanın Ermənistandakı sonuncu və ən güclü institusional dayaqlarından biridir.

Yaxın gələcəkdə Ermənistanda dini-siyasi mühitin köklü şəkildə dəyişəcəyi və paradiqma dəyişikliyinin baş verəcəyi proqnozlaşdırılır. Paşinyanın irəli sürdüyü real Ermənistan konsepsiyası onilliklər ərzində cəmiyyətin şüuruna yeridilmiş tarixi Ermənistan miflərini darmadağın etməyə yönəlib. Kilsə isə məhz həmin miflər üzərində qurulmuş ideologiyanın əsas daşıyıcısı və qoruyucusudur. Hökumət təhsil sistemində və ictimai həyatda kilsənin rolunu minimuma endirməklə, Erməni kilsəsinin tarixi fənnini tədris proqramından çıxarmaqla yeni, sekulyar və praqmatik erməni kimliyi formalaşdırmağa çalışır.

Nikol Paşinyanın əsas uğuru ondadır ki, o, cəmiyyətdəki antiklerikal əhvali-ruhiyyəni və kilsəyə olan inamın azalmasını düzgün qiymətləndirib. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra erməni cəmiyyəti real təhlükəsizlik, sərhədlərin müəyyənləşməsi və iqtisadi sabitlik vəd edən siyasi kursu dəstəkləyir. II Qaregin və onun ətrafı keçmişin simvolları olaraq qalmaqda davam edirlər.

Paşinyana qarşı oynanılan din kartı nəinki effekt vermədi, əksinə, bumeranq effekti ilə kilsənin özünə sarsıdıcı zərbə vurdu. İsveçrə və Rumıniyadan gələn dəstək bəyanatları batan gəminin kapitanına göndərilən ümidsiz siqnallara bənzəyir. II Qareginin taleyi artıq həll olunmuş kimi görünür. O, ya könüllü şəkildə kənara çəkilərək yerini hökumətə loyal və idarəolunan namizədə verəcək, ya da rüsvayçı ifşalar nəticəsində taxtından salınacaq. Mövcud proses Ermənistanın teokratik iddialardan və orta əsr təfəkküründən əl çəkərək normal sekulyar dövlətə çevrilməsi yolunda ağrılı, lakin zəruri mərhələdir.

Paşinyan hökumətinin Eçmiədzinə qarşı apardığı sistemli hücumun digər strateji hədəfi Ermənistanın xarici siyasətindəki manevr imkanlarını genişləndirir. Məlumdur ki, Erməni Apostol Kilsəsi tarixən erməni millətçiliyinin və Azərbaycana qarşı ərazi iddialarının ideoloji mərkəzi rolunu oynayıb. Qonşu dövlətlərə qarşı düşmənçilik ritorikası əksər hallarda məhz kilsə ambionlarından körüklənib. Nikol Paşinyan regionda sülh erası başlatmaq və kommunikasiyaları açmaq istəyirsə, radikal millətçiliyin institusional bazası olan Eçmiədzini neytrallaşdırmaq məcburiyyətindədir.

Kilsənin siyasi təsirinin kəsilməsi gələcəkdə Ermənistanın konstitusiyasında yer alan və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılması, sülh müqaviləsinin imzalanması prosesində hökumətin əl-qolunu açacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri