Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Erməni qızlara görə öldürüldü “Telegram”dan başlayan yazışmanın QANLI SONU

Erməni qızlara görə öldürüldü “Telegram”dan başlayan yazışmanın QANLI SONU

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cinayət İşi

Qısa arayış

29 may 2022-ci il tarixində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində bıçaqlanma hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Bıçaq xəsarəti alan Rəsul Salahzadə Sabunçu Tibb Mərkəzinə aparılıb, həyatı xilas olunub və evə buraxılıb. Lakin bir müddət sonra Rəsul Salahzadə yaşadığı evdə ölü tapılıb. Onun yaşadığı evə gedən əməliyyatçılar mənzilin yataq otağındakı divanda Rəsulun cansız bədənini aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb. Bakı şəhər sakini Kamran Məmmədli şübhəli şəxs qismində saxlanılıb. 

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəsul Salahzadənin ölümünə - mədə və mədəaltı vəzidə baş vermiş massiv qanitirmə səbəb olub.

Həmin ilin dekabr ayında Nizami rayon prokurorluğu tərəfindən Kamran Məmmədliyə qarşı CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, mayın 29-u saat 22 radələrində R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində, Məsud Məmmədov Rəsul Salahzadə ilə, sonuncunun “Telegram” sosial şəbəkəsində erməni milliyyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə mübahisə edib. Onların söhbətlərinə müdaxilə edən Kamran Məmmədli Rəsul Salahzadənin ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxs üzərinə gəldikdə K.Məmmədli üzərində olan açılıb-qatlanan bıçaqla Salahzadənin sinəsinə, qarınına və sağ ayağına 3 dəfə zərbə vurub, sonra isə ərazidən uzaqlaşıb.

Hadisədən 81 gün sonra, yəni avqustun 17-də zərərçəkmiş kirayədə yaşadığı evdə bıçaqla yetirilən və bilavasitə ölümlə səbəbli əlaqəsi olan yaradan dünyasını dəyişib. Bu hərəkəri ilə, Kamran Məmmədli Rəsul Salahzadəni qəsdən həyatdan məhrum edib.

İstintaq zamanı Kamran Məmmədli özünü təqsirli bilib.

O bildirib ki, 2019-cu ildə orta məktəbi bitirib, Nizami rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs törədildikdə) maddəsi ilə 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hərbi xidmətdə olmayıb. Mayın 29-da axşam tanışı Məsud Məmmədov yaxınlaşaraq, adını dəqiq bilmədiyi şəxsin sosial şəbəkədə onu söydüyünü və bununla əlaqədar yaranmış söhbətə aydınlıq gətirmək istədiyini deyib. O yaşadığı evin blokunda 6 və 7-ci mərtəbələr arasında olan su sayğacının qabının içərisində, saxladığı açılıb-bağlanan bıçağı götürüb, Məsuda verib. Daha sonra tanışı görüş təyin etdikləri ünvana, Qara Qarayev prospektində yerləşən “McDonalds” restoranının qarşısına gediblər. Oranın qarşısında Məsud Rəsul adlı şəxslə görüşüb, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlayıblar. Məhlələrin birində, skamyada əyləşib söhbət ediblər. O kənardan dayanıb onları müşahidə edib. Rəsul Məsudu yumruqla vurmaq istəyəndə, sonuncu 1-2 addım geriyə çəkilib. Onlara tərəf qaçaraq, nə baş verdiyini soruşub. Rəsul Məsudun söyüş söydüyünü və ondan qarışmamasını tələb edib. Məsud əlindəki bıçağı yerə atan kimi, kəsici aləti götürərək Rəsulun üzərinə gedib, onun sinəsinə, ardınca da qarnına zərbələr endirib. Rəsulu qaldırıb, yerə çırpıb və axırıncı zərbəni bud nahiyəsinə vurub. Təxminən 2 dəqiqə orda dayanıblar. Sonra yaxınlığda olan insanlara bir nəfəri bıçaqladığını və Təcili Tibbi Yardıma zəng etmələrini xahiş ediblər:

“Qorxaraq Nizami rayon İcra Hakimiyyəti istiqamətində qaçdıq. Qara Qarayev prospekti, 126 ünvanınında Məsud cibindən bıçağı çıxarıb mənə verdi. Mən də aparıb, onu yenə su sayğacının içərisinə qoydum. Səhərisi gün polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinə aparıldım”.

İstintaqın gedişatında Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan ediəndə, Kamran Məmmədli əvvəlki ifadələrinə zidd olaraq ümumiyyətlə, Rəsul Salahzadəni bıçaqlamadığını bildirib. Hadisə yerindən qaçıb getdikdən sonra, Məsud ona bıçağı gizlətməsi və hər şeyi öz üzərinə götürməsini söyləyəndə, ona inanıb. Buna görə də, matın 30-da ilk dəfə dindirilərkən polis idarəsində cinayətin onun tərəfindən törədilməsini etiraf edib. Polis əməkdaşları və müstəntiq tərəfindən təzyiqə məruz qalmayıb. Sadəcə Məsudun sözünə inanaraq, tanışının atasının ona köməklik göstərəcəyini düşünüb və ölümü üzərinə götürüb. Əvvəlki ifadəsində, Məsudun cibindən bıçaq çıxarmasını və yaxınlaşanda Rəsulun yerdə qanlı vəziyyətdə uzanmasını gördüyünü bildirsə də, bunu düzgün söyləməyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Vəzifə Salahova ifadəsində göstərib ki, mayın 29-da oğlu Kamran bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə çatdırılaraq, əməliyyat olunub: “Müstəntaq Rəsuldan huşsuz vəziyyətdə ifadə alıb. Bir müddətdən sonra evə buraxılsa da, öldüyü günədək oğlum yataqdan qalxa bilmədi, tez-tez halı dəyişdi, ürəyi bulandı. Avqustun 17-də evə təcili yardım çağırdım, saat 23:50-də oğlum vəfat etdi. Məsud Məmmədovun valideynləri Rəsulu sağaltmağı öz öhdələrinə götürmüşdülər. Anası 3 aya övladımı sağaldacaqlarına söz vermişdi, Məsuddan şikayətçi olmamağımı xahiş etmişdi. Rəsulu Məsud və Kamran öldürüblər”. 

Şahid Məsud Məmmədov bildirib ki, mayın 29-da “Telegram” şəbəkəsində Rəsul Salahzadənin ermənilərə dəstək verməsi barədə paylaşım etdiyini və altında azərbaycanlı istifadəçilər tərəfindən onun ünvanına nalayiq ifadələrin yazılmasını görüb. Rəsulu qiyabi tanıdığından, “Vkontakte” şəbəkədə mesaj yazıb, nə məsələ olmasını soruşanda o paylaşımın əslində göründüyü kimi olmadığını və bunu ətraflı şəkildə yalnız onunla görüşüb, izah edə biləcəyini deyib. Buna görə, görüşmək barədə razılaşıblar. Baş vermiş hadisədən sonra Rəsulun qana bulaşmış vəziyyətdə yerdə uzandığını görüb, qorxaraq, polisə və təcili yardıma məlumat vermədən, hadisə yerindən qaçıb. Növbəti gün məşğələdə olanda, evlərinə polis əməkdaşlarının gəldiyini öyrənib. Polis idarəsinə gedərək, izahatında, Rəsulun bıçaqla vurulmasından məlumatı olmadığını göstərib. Telefonun işığını yandırdandan sonra, Rəsulun yaralandığını görsə də, Kamranın onu bıçaqla vurmasını görməyib.

Şahid Tahir Orucov bildirib ki, mayın 29-u saat 22 radələrində eyvanda siqaret çəkərkən, bağçanın həyətində 2 nəfərin mübahisə etdiyini, 3-cü oğlanın isə kənarda dayandığını görüb. Həmin yer çox qaranlıq olduğundan, bıçaqla xəsarət yetirilmə anını görməyib. Kənarda dayanan hündürboylu oğlan yerə yıxılan şəxsdə yaxınlaşıb, kömək göstərməyə çalışıb. Dərhal aşağı düşüb. Yaşlı adam olduğundan, irad bildirən zaman həmin şəxslərin onu da vura biləcəyini düşünüb, buna görə özünü qorumaq məqsədi ilə bir az məsafə saxlayıb. Tanımadığı 1-2 nəfər də əllərindəki mobil telefonların işıqlarını yandırıb, ora yaxınlaşb. O, həmin şəxslərə “siz elədiniz, o uşağı vurduğunuzu gördüm” deyib. Hadisə yerinə gələn polis əməkdaşlarına yaralanan oğlan, yalnız anasına onu bağışlamasını çatdırmalarını söyləyib. 

Məhkəmə iclasında Kamran Məmmədli ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, ibtidai istintaq zamanı təzyiq altında ifadə verib. Rəsul Salahzadəni bıçaqla vurmayıb. Mübahisə Məsudla Rəsulun arasında olub, o, sadəcə onları aralamaq üçün müdaxilə edib. Ümumiyyətlə üzərində bıçaq olmayıb. 

Məhkəmə hesab edib ki, Kamran Məmmədlinin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilməyib.

Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin- 221.3-cü maddəsi ilə bəraət verilmədir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi 126.3-cü maddəsinə tövsif olunmalıdır. K.Məmmədli həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Məmmədli 10 il müddətinə azadlıqdan məhrum olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Aprel 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri