Erməni tarixçi Bakıdakı balinanı paylaşdı: Yazdıqları təəccübləndirdi FOTO
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ermənistan parlamentinin sabiq deputatı, azərbaycanşünas alim, tarixçi Tatevik Ayrapetyanın COP29 sammiti çərçivəsində iqlim dəyişikliyinin canlılara vurduğu zərərə diqqət çəkmək üçün Bakı bulvarında yerləşdirilən balina maketi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Ayrapetyan Azərbaycan KİV və sosial şəbəkə seqmentində yayılan görüntüləri realmış kimi təqdim edərək Bakını qaralamağa çalışıb.
O, sosial şəbəkədə yayılan videolardan birini X hesabında paylaşaraq Bakını “iqlim məsuliyyətsizliyi”ndə tənqid etməyə cəhd göstərib.
“Bu hadisə Bakı COP29-a ev sahibliyi etdiyi zaman baş verir”, – paylaşımda qeyd olunur.
Ayrapetyanın paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Çox sayda istifadəsi balinanın real deyil, maket olduğunu bildirsə də, o paylaşımı silməyib.
Erməni tarixçinin bu addımı birmənalı qarşılanmayıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















