Icma.az
close
up
RU
Qlobal enerji transformasiyası

Qlobal enerji transformasiyası

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Hazırda dünya sürətlə dəyişir və bu transformasiya bir sıra  sahələrdə özünü  daha qabarıq şəkildə göstərir. Əksər ölkələrin milli təhlükəsizliyinin ən vacib elementi sayılan enerji sektoru da bu sırada yer alır. Yüz illərdir ki, dünya kömür, neft, qaz kimi qazıntı yanacağından bəhrələnir. İndi isə zaman və çağırışlar dəyişib və qlobal enerji keçidi günümüzün reallığına çevrilib.  Əlbəttə, ənənəvi enerji mənbələri hələ uzun müddət bundan sonra da qlobal iqtisadiyyatda və gündəlik həyatımızda öz əhəmiyyətini qoruyub saxlayacaq. Ancaq müşahidə edilən odur ki, bərpaolunan mənbələrdən alınan enerjinin həcmi artmaqdadır .

Eyni zamanda, bu proses ayrı-ayrı ölkələrdə daha sürətlə gedir. Hələlik Çin enerji keçidində liderdir və onu izləyən ölkələrdən xeyli irəlidədır.  Avropa İttifaqı (Aİ) isə qoca qitənin “REPowerEU” adlandır?lan xilas planını hazırlayıb ki, burada da enerjiyə tələbatın qarşılanması, bütövlükdə, yeni şəraitdə iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün bərpaolunan mənbələrdən alınan enerjinin həcmlərinin artırılması üstün prioritet kimi müəyyənləşdirilib.

Dünya üçün labüd proses

Bir qədər bundan əvvəl Beynəlxalq Enerji Agentliyi (BEA) yeni hesabatını yayıb. Sənəddə dünyada yaşıl enerjiyə keçidin labüd olduğu xüsusi olaraq vurğulanır. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru qarşısıalınmaz  bir keçiddədir. Hesabatda təmiz enerji və texnologiyalarda artımın qənaətbəxş olduğu qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, amma cəmi üç il sonra bu rəqəm beşdəbirə yüksəlib. Agentliyin icraçı direktoru Fatih Birol deyib: “Təmiz enerjiyə keçid bütün dünyada baş verir və bu, qarşısıalınmaz prosesdir. Sadəcə, onu sürətləndirmək lazımdır, çünki təmiz enerjiyə keçid nə qədər tez olsa, hamımız üçün bir o qədər yaxşıdır. Hökumətlər, şirkətlər və investorlar təmiz enerji keçidlərinə mane olmaq yerinə, onların arxasınca getməlidir”.

BEA hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq. Yollarda elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq, qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 20 faiz çoxalacaq. Dənizdə yerləşən külək elektrik stansiyası layihələrinə kömür və qaz elektrik stansiyalarından üç dəfə çox investisiya qoyulacaq. Ölkələr mövcud siyasətlərinə və iqlim məqsədlərinə uyğun hərəkət etsələr, təmiz enerji sahəsində irəliləyiş daha sürətli ola bilər.

Hesabata görə, bərpaolunan enerji mənbələri 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünün 80 faizini təşkil edəcək. Təkcə Günəş enerjisi bu artımın yarısını ödəyəcək. Lakin bu artım hələ də Günəş enerjisində potensialın altında qalacaq. 2030-cu ilə qədər ümumi 800 qiqavat gücündə yeni Günəş elektrik stansiyaları yaradılarsa, Çində kömürdən elektrik enerjisi istehsalı 20 faiz, Latın Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə isə kömür və qazdan elektrik enerjisi istehsalı 25 faiz azala bilər. BEA prezidenti Fatih Birol hesabatı dəyərləndirərkən ənənəvi enerji bazarlarında mövcud gərginlik və dalğalanmalara diqqət çəkib: “Neft və ya qazın dünyanın enerji və iqlim gələcəyi üçün etibarlı seçim olduğuna dair arqumentlər həmişəkindən daha zəifdir. Hər bir ölkə öz yolunu tapmalı olacaq, lakin təmiz enerjiyə keçidi sürətləndirmək üçün beynəlxalq əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Xüsusilə, emissiyaların azaldılma sürəti böyük ölçüdə dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarında artan enerji tələbatını ödəmək üçün davamlı həllərdən asılıdır. Bütün bunlar əməkdaşlığın ikiqat artırılmasının vacibliyinə işarə edir”.

Çinin enerji keçidində dünya liderliyinə yüksəlişi

Dünyada əhali sayına və iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin Xalq Respublikası bərpaolunan enerji sahəsində qısa müddətdə ciddi nailiyyətlər əldə edərək, ambisiyalı hədəflər müəyyənləşdirib. Hazırda Çin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır.

Ekspertlərin fikrincə, bərpaolunan enerji sektoru qazıntı və nüvə enerjisi potensialına nisbətən daha sürətlə inkişaf edir və yaxın vaxtlarda dünya üzrə bərpaolunan enerji potensialının təxminən 43 faizini məhz Çin təmin edəcək. Bu ölkənin bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 qiqavata çatıb ki, bu da ölkənin ümumi generasiya gücü potensialının 40 faizdən çoxu deməkdir. Mövcud dinamikaya nəzər yetirəndə Çin hökumətinin 2030-cu ilədək Günəş və külək mənbələrindən 1200 qiqavat enerji əldə etmək, habelə 2060-cı ilədək bütün enerjinin 80 faizini alternativ mənbələrdən təmin etmək hədəfinə çatacağı real görünür. Çin Dövlət Şurasının (Nazirlər Kabineti) hələ 2013-cü ildə qəbul etdiyi fəaliyyət planında ölkənin enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaq niyyəti əksini tapıb.

Çin bərpaolunan enerji mənbələrini təkcə karbon emissiyasının azaldılması üçün vasitə hesab etmir. Bu məsələdə ölkənin enerji təhlükəsizliyinin təminatı da ciddi əhəmiyyət daşıyır. Ölkədə bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin əsas hissəsi su elektrik stansiyalarının payına düşsə də, ildən-ilə Günəş, külək və bioyanacağın xüsusi çəkisi çoxalır.

ÇXR hazırda dünyanın ən böyük külək enerjisi ehtiyatlarına malik ölkəsidir və bu təbii resursların dörddə üçü dənizdə yerləşir. 2020-ci ildə ölkədə 71,7 qiqavat gücündə külək enerjisi avadanlığı quraşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 60 faiz çoxdur. Çin külək mənbələrindən elektrik enerjisi istehsalı sahəsinə təkcə daxili deyil, xarici investisiyaların da cəlb olunması üçün təşviqedici qərarlar qəbul edib, bu istiqamətdə avadanlıq istehsalında önəmli irəliləyiş baş verib. On ildən çoxdur ki, Çin külək turbinlərinin istehsalında dünya lideridir.

Hökumətin 2009-cu ildə elan etdiyi “Qızıl günəş” stimullaşdırma planına uyğun olaraq Günəş enerjisi sektorunun inkişafına böyük diqqət yönəldilməyə başlanılıb. Yerli şirkətlər bu istiqamətdə müvafiq texnologiyanın tədqiqi və istehsalında ciddi nailiyyətlər əldə ediblər.

Çin bioyanacaq mənbələrdən istehsal olunan enerji sektorunda da davamlı iş aparır. Ölkənin 11-ci beşillik (2006-2010-cu illər) üçün inkişaf planında ildə 6 meqaton etanol istehsalı potensialının artırılması və bu rəqəmin 2020-ci ilədək 15 meqatona çatdırılması hədəfi əksini tapmışdı. İlk addım ildə 16,6 meqavat elektrik enerjisi istehsal etmək gücündə olan “Kaiyou yaşıl enerji” istehsalı müəssisənin istifadəyə verilməsi ilə atılıb.

Statistikaya görə, 2017-ci ildə bütün dünyada bərpaolunan enerji sektoruna yatırılan investisiyaların məbləği 280 milyard ABŞ dolları təşkil etmişdisə, bunun 126,6 milyardı (45 faiz) Çinin payına düşüb. Ölkə elə o vaxtdan bərpaolunan enerji sahəsindəki investisiya, istehsal və istehlak üzrə dünya liderinə çevrilib.

Qoca qitə enerji transformasiyası yolunda

Avropa İttifaqı ilk növbədə geosiyasi səbəblərə görə enerji təhlükəsizliyinə artan təhdidləri nəzərə almaqla enerji keçidini sürətləndirib. “WindEurope” təşkilatının hesabatında bildirilir ki, cari ilin birinci yarısında Avropada quraşdırılmış külək enerjisi gücü 311 qiqavatı ötüb. Hesabatda bildirilir ki, bu göstəricinin 270,5 qiqavatı qurudakı külək turbinləri, 40,9 qiqavatı isə dənizdəki turbinlərdən əldə edilib.

Hesabat dövründə Avropada 8,8 giqavat yeni külək enerjisi gücü quraşdırılıb. Bunun da 7 giqavatı Avropa İttifaqına  üzv 27 dövlətin payına düşüb. Qurudakı külək elektrik stansiyaları 8,8 qiqavatlıq yeni gücün 74 faizini təşkil edib. Yarım ildə ən çox külək turbini quraşdırılan Avropa ölkəsi Almaniya olub (3,4 qiqavat). Sonrakı yerlərdə Böyük Britaniya (789 meqavat) və İspaniya (612 meqavat) qərarlaşıb.

İlin birinci yarısında Avropada yeni külək elektrik stansiyaları üçün təxminən 9 milyard avro dəyərində yekun investisiya qərarları qəbul edilib. İnvestisiyalar əsasən qurudakı külək layihələrində cəmləşib. Bu sahədə 4,5 giqavat gücün maliyyələşdirilməsi üçün 7 milyard avroluq investisiya qərarları qəbul olunub. Dənizdə təkcə 630 meqavatlıq “Nordlicht II” layihəsi üçün yekun investisiya qərarı verilib və bu layihə ilə bağlı 1,9 milyard avro öhdəlik götürülüb.

Hesabatda qeyd olunur ki, yarım ildə Avropada 10,6 qiqavatlıq yeni külək turbinləri sifarişi verilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır. Sifarişlərin 7,8 qiqavatlıq hissəsi qurudakı turbinlər, 2,8 qiqavatı isə dənizdəki turbinlər üçün edilib.

İlin birinci yarısında Avropada keçirilən tenderlərdə 17,2 qiqavat yeni külək enerjisi gücü ayrılıb. Bu gücün 8,8 qiqavatı qurudakı külək layihələri, 8,4 qiqavatı isə dənizdəki layihələrin payına düşüb. Bəzi Avropa ölkələri ilin ikinci yarısında 24 qiqavatdan çox yeni külək enerjisi gücü üçün tender keçirməyi planlaşdırır.

2026-2030-cu illər arasında Aİ-də orta hesabla illik 22 giqavat yeni külək enerjisi gücü quraşdırılması gözlənilir.

Yeni texnologiyalar bazarında qiymətlər aşağı düşür

Qlobal enerji keçidi sürətləndikcə yeni texnologiyalar bazarında qiymətlərin aşağı düşməsi müşahidə edilir ki, burada da Çinin müstəsna rolu var.  Çinin qlobal yaşıl transformasiyaya verdiyi töhfə də az əhəmiyyət daşımır. Son illərdə ölkə Günəş energetikası, akkumulyatorlar, elektromobillər və digər aşağı karbonlu texnologiyalar sahəsində nəhəng istehsal və tətbiq gücləri yaradıb. Bu proses Si Cinpinin iqtisadi modernləşməni ekoloji sivilizasiya, texnoloji yenilənmə və daha təmiz energetikaya keçidlə əlaqələndirən strateji kursuna uyğundur.

2024-cü ildə Çin təxminən 278 QVt yeni Günəş və təqribən 80 QVt yeni külək enerjisi gücünü istismara verib. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, Günəş energetikası üzrə qlobal istehsal zəncirinin güclərinin təxminən 85 faizi, litium-ion akkumulyatorlarının istehsal güclərinin isə təqribən 80 faizi Çinin payına düşür.

İnteqrasiya olunmuş təchizat zəncirləri, toplanmış təcrübə və yüksək daxili rəqabət texnologiyaların dəyərinin azalmasına şərait yaradır. 2023-cü ildən etibarən dünyada Günəş modullarının qiyməti təxminən iki dəfə, akkumulyator batareyalarının qiyməti isə təqribən 30 faiz aşağı düşüb. Avropa İttifaqı daxilindəki ticarət nəzərə alınmadıqda, Çin əsas təmiz enerji texnologiyaları üzrə dünya ticarətinin təxminən yarısını təmin edir. 2025-ci ildə Çində akkumulyator bloklarının orta qiyməti Şimali Amerika ilə müqayisədə 30 faiz, Avropa ilə müqayisədə isə 35 faiz aşağı olub. Eyni təsir elektrik enerjisinin maya dəyərində də müşahidə olunur: 2024-cü ildə Çində yeni iri Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin orta dəyəri 1 kVt•saat üçün 0,033 ABŞ dollarınadək enib, halbuki dünya üzrə orta göstərici 0,043 dollar təşkil edib. Ümumilikdə isə Günəş enerjisi istehsalı artıq ən ucuz yeni fosil yanacaq əsaslı generasiya ilə müqayisədə təxminən 41 faiz daha ucuz olub.

Göründüyü kimi, Çin yalnız öz enerji keçidini həyata keçirmir, eyni zamanda digər ölkələr üçün belə bir keçidin dəyərini də aşağı salır. Daha ucuz Günəş panelləri, akkumulyatorlar və elektromobillər müqayisəolunan sənaye bazasına malik olmayan dövlətlər üçün yaşıl texnologiyaları daha əlçatan edir. Beləliklə, Çin eyni vaxtda həm enerji keçidinin ucuzlaşmasına təsir göstərən əsas amillərdən birinə, həm də bununla bağlı qlobal istehsal zəncirlərinin mərkəzi həlqəsinə çevrilir.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri