Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Erməni vandalizmi ŞƏRH

Erməni vandalizmi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

​Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. 2020-ci ilin bu şanlı tarixində rəşadətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini düşmən tapdağından azad edərək Vətən müharibəsində böyük strateji Zəfərin təməlini qoydu. Cəbrayılın azad edilməsi təkcə hərbi müstəvidə dönüş nöqtəsi deyil, həm də otuz illik işğal dövründə törədilən misli görünməmiş dağıntıların, mənəvi, maddi və ekoloji terrorun mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün mühüm platformadır.

​1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu otuz il boyunca misli görünməmiş barbarlıq və vandalizm aktına məruz qaldı. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 və 884 sayılı qətnamələrinə məhəl qoymayan erməni hərbi-siyasi rejimi, bu torpaqlarda Azərbaycan xalqının otuz əsrlik tarixi, mədəni və maddi irsini sistemli şəkildə silməyə çalışdı.

​Cəbrayıl şəhəri və rayonun 90-dan çox kəndi tamamilə yerlə-yeksan edildi. Şəhərdə tək bir bütöv bina, sosial obyekt və ya məktəb saxlanılmadı; mülki əhalinin evləri talan olundu, tikinti materialları, hətta evlərin daşları və bünövrələri sökülərək Ermənistana daşındı və satıldı. Dövlətimizin başçısı Cəbrayıla ilk səfərində bu vahiməli mənzərəni "Xirosima və Naqasakidən də betər" adlandıraraq vandalizmin dəhşətli miqyasını bütün dünyaya nümayiş etdirdi.

​Bu barbarlıq təkcə yaşayış binaları ilə məhdudlaşmadı. Cəbrayıl ərazisində yerləşən unikal tarixi-dini abidələr, qədim məscidlər, türbələr, kurqanlar və karvansaralar qəsdən məhv edildi. Məscidlərimiz təhqir edilərək tövləyə çevrildi, orada donuz və mal-qara saxlanıldı. Mədəniyyət ocaqlarımız, o cümlədən 20 mindən çox nadir eksponatı, qədim sikkələri, xalçaları və arxeoloji tapıntıları olan Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi tamamilə qarət edildi. Şərq memarlığının möhtəşəm abidəsi olan qədim Xudafərin körpüləri ətrafındakı tarixi-təbii mühit pozuldu, abidə işğalçıların qanunsuz əməllərinin canlı şahidinə çevrildi.

​İşğalçı rejimin törətdiyi digər ağır cinayət isə dəhşətli ekoloji terror və kütləvi minamalaşdırma fəaliyyəti oldu. Rayonun əsrlik çinar ağacları, nadir meşə zolaqları, mineral su bulaqları və təbii ehtiyatları tamamilə istismar olunaraq məhv edildi. Cəbrayıl torpaqları otuz il ərzində yüz minlərlə mina və partlamamış hərbi sursatla çirkləndirilərək mülki insanlar üçün "ölüm zonası"na çevrildi. Bütün bunlar Ermənistanın yürütdüyü siyasətin təkcə hərbi deyil, həm də insani və ekoloji vandalizm olduğunu sübut edir.

​Lakin bütün bu barbarlığa, dağıntılara və otuz illik həsrətə baxmayaraq, Cəbrayıl bu gün öz həqiqi sahiblərinin qucağında xarabalıqlar içindən yenidən doğulur. Tarixi Xudafərin körpüsündə ucalan üçrəngli bayrağımız xalqımızın yenilməz ruhunun, dəyanətinin və tarixi ədalətin bərpasının rəmzi kimi dalğalanır.

​Bu gün Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı inşa olunur, müasir nəqliyyat-logistika infrastrukturu, "ağıllı" kəndlər və modern yaşayış kompleksləri salınır. Soydaşlarımızın mərhələli şəkildə öz doğma yurdlarına qayıdışı göstərir ki, düşmən neçə il məhv etməyə çalışsa da, bu torpaqların sahiblərinin quruculuq əzmini, Vətən sevgisini və dirçəliş ruhunu heç vaxt söndürə bilmədi. Cəbrayıl Şəhəri Günü – həm törədilən erməni vandalizmini unutmamaq, həm də Azərbaycan dövlətinin qüdrətini, Zəfərimizin və Böyük Qayıdışımızın əbədiliyini bütün dünyaya nümayiş etdirmək günüdür.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri